Məhkəmə qərarları › İş №3(039)-52/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-52/2020

22.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-52/2020 22.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Eldəniz Mikayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2632/2018 №-li, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hazırda borclu Şəxs icra sənədi üzrə aliment borcunu ödəməkdən imtina etmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə ona aliment borcu vardır. Hazırda Şəxs ilə razılaşmaya gəlmişlər. Ondan heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs aliment borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Zərərçəkmiş şəxs ödəyə bilməmişdir. Hazırda tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, tələbkar Zərərçəkmiş şəxs və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar