Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-520/2025 11.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X2 Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi Efe-2018 MMC-nin etibarnamə ilə nümayəndəsi X1 iştirakı ilə «Efe-2018” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00083/25 nömrəli 12 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə EFE-2018 MMC-nin ünvanına 45AB319/45AB320 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn “qalınlığı 3.5 mmdən çox olmayan şəffaf şüşələr” yükünə xx.xx.2024-cü il tarixli, **********3458 nömrəli Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33- 1600/019/000505 saylı Raport daxil olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 izahat verərək bildirdi ki, Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00083/25 nömrəli 12 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə EFE-2018 MMC-nin ünvanına 45AB319/45AB320 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn “qalınlığı 3.5 mm-dən çox olmayan şəffaf şüşələr” yükünə xx.xx.2024-cü il tarixli, **********3458 nömrəli Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33- 1600/019/000505 saylı raport daxil olmuşdur. Əlavə olaraq onuda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 920 nömrəli Fərmanının 2.2- bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən aı 1 (bir) saat əvvəl verilməlidir. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi EFE-2018 MMC-nin etibarnamə ilə nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək ödənişin xx.xx.2024-cü il tarixdə saat 18.24-də ödənildiyini, lakin texniki nasazlıq səbəbi ilə elektron sistemə gec yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; Azterminalkompleks birliyi tərəfindən verilən ödəniş qəbzindən görünür ki,Efe 2018 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18.23-də 60 manat ödənişi Gömrük bəyannaməsi üzə ödənilmişdir. İD **********3458 nömrəli Gömrük əyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19.51-də rəsmiləşdirilmək üçün göndərilmişdir. DGK tərəfindən əlavə edilmiş fotoşəkildən görünür ki, ** AB *** qeydiyyat nişanl DAF markalı yük avtomobili gömrük postunu saat xx.xx.2025-ci il tarixdə saat: 19.52-də keçmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, «Efe- 2018” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 920 nömrəli Fərmanının 2.2bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən aı 1 (bir) saat əvvəl verilməlidir. EFE 2018 MMC-tərəindən ödəniş xx.xx.2024-cü il tarixdə saat 18.23-də ödənilsədə Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, həmin ödəniş xx.xx.2024-cü il tarixdə saat 19.51-də rəsmiləşdirilmək üçün göndərilmişdir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Beləliklə, məhkəmə «Efe-2018” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «Efe-2018” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-520/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-520/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver