Məhkəmə qərarları › İş №3(039)-521/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-521/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-521/2021 29.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs X4 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı, 29 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində qonşusu X5 döyərək ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin sahə rəisi polis mayoru İldırım Əsədov izah etdi ki, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan X7 29 may 2021-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, qonşusu Şəxs və onun həyat yoldaşı tərəfindən təhqir olunması və döyülməsi barədə məlumat vermişdir. Yevlax RPŞ-nin TB-nin 04 iyun 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izah etdi ki, Yevlax rayonu Tanrıqulular kəndində ailəsi ilə birlikdə yaşayır. Üç övlad sahibidir. X7 və onun həyat yoldaşı X6 ilə qonşudurlar. Onlarla heç bir ədavəti yoxdur. Əvvələr münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar aralarında hasarın olmasına baxmayaraq Ayşən Məmmədovanın toyuq-cücəsi həmişə onun həyətinə keçdiyinə görə aralarında mübahisə baş vermişdir. 25 may 2021-ci il tarixdə qonşusu Orxan Məmmədov onun həyat yoldaşı Xatirə Kərimovanı söyüb təhqir etdiyi üçün bununla bağlı polis şöbəsinə şikayət etmişdir və Orxan Məmmədov məhkəmənin qərarı ilə cərimə edilmişdir. Bundan sonra onların həyətinə keçməmişdir, 28-29 may 2021-ci il tarixlərində Ayşən Məmmədovanı söyüb təhqir etməmişdir, onu döyməmişdir. Ayşən Məmmədovanın dedikləri şər və böhtandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 izahatında bildirdi ki, həyat yoldaşı və üç azyaşlı övladları ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşayır. Şəxs onun qonşusudur. Əvvələr münasibətləri yaxşı olmuşdur, onunla heç bir ədavəti yoxdur. Lakin son vaxtlar aralarında münaqişələr yaranmağa başlamışdır. 28 may 2021-ci il tarixdə səhər saatlarında toyuqları qonşusu Şəxs həyətinə keçdiklərinə görə onun həyat yoldaşı Xatirə Kərimova ilə aralarında mübahisə baş vermişdir. Bundan sonra həmin günü axşam saatlarında Şəxs evə gələndən sonra onu çağırıb mübahisə etməyə başlamışdır. 29 may 2021-ci il tarixdə saat təxminən 12.00 radələrində qonşusu Şəxs onun həyətinə daxil olaraq yenə mübahisə etməyə başlamışdır. Mübahisə edən zaman Şəxs onu itələyərək yerə yıxmışdır və nəticədə o, sağ qolundan zədə almışdır. Hamilə olduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt həyat yoldaşı evdə olmamışdır. Dəfələrlə Şəxs onun və həyat yoldaşı Orxan Məmmədovun ünvanına nalayiq söyüşlər söyüb və onları təhqir etmişdir. Hazırda ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 may 2021-ci il tarixdə X5 döymüşdür. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin 04 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 04 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin 31.05.2021-ci il tarixli 273 saylı rəy ilə X4 bədənində aşkar edilmiş xəsarət sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı, qarının sağ yan səthinin sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 29.05.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru İldırım Əsədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxs X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xəta törətməsi, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspetiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində üç azyaşlı övladının olmasını (İXM 32.2) və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar