Məhkəmə qərarları › İş №3(039)-524/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-524/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-524/2023 19.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6, Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımınınYPX inspektoru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1986-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib olunmuş iş materialları xx.xx.2023-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə Bakı-Qazax yolunun 280-ci kilometrliyində idarə etdiyi “KAMAZ 5320 YÜK” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanı və həmin tarixdə saat 11:40 radələrində BDYPİ-nin YPXA-nın 8-ci tağımının inspektorunun qanuni tələbinə qəsdən tabe olamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımının YPX inspektoru X7 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü tarixdə post yoldaşı Eldəniz Qarayevlə saat 11:40 radələrində xidmətdə olduqları Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KAMAZ 5320 YÜK” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli avtomobilin çəkisini müəyyən etmək məqsədi ilə həmin yük avtomobilin sürücüsünə saxla işarəsi vermişdilər. Bundan sonra sürücü apardığı yükün çəkisini müəyyən etmək üçün YPX postunda quraşdırılmış tərəziyə dəvət etmişlər. Sürücü YPX postuna avtomobili ilə daxil olaraq oradakı tərəzinin üztündən keçərək tərəzini yararsız hala salıb, omların qanuni tələbinə məhəl qoymayıb tebisizlik göstərərək avtomobili hərəkətə gətirib yluna davam etmişdir. Bundan sonra qeyd olunan yük avtomobili yolda olan “MERSEDES” markalı ** YP *** dövlət qeydiyyat nişanlı YPX avtomobilinin saxla işarəsinə tabe olmayaraq onun hərəkəti üçün real təhlükə yaradaraq manevr etmə qaydasını qəsddən kobud şəkildə pozaraq avtoxuliqanlıq edərək yolda olan yolda olan digər nəqliyyat vasitələrinə qarşı təhlükə yaratmışdır. Vətəndaş barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Yevlax rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 Samir Aytəkin oğlunun izahatına uyğun izahat verərək Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs hər iki əməl üzrə özünü təqsirli bilərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, saat 11:40 radələrində BDYPİ-nin YPXA-nın 8-ci tağımının inspektorunun qanuni tələbinə qəsdən tabe olamışdır; xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü tarixdə Bakı-Qazax yolunun 280-ci kilometrliyində idarə etdiyi “KAMAZ 5320 YÜK” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin əsasən Şəxs əlavə tənbeh olaraq həmin Məcəllənin 353.5ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati əlavə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən saat 22:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar