Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-525/2020 12.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində həmkəndlisi X2 döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, Yevlax rayonu, Tanrıqulular kəndində Şəxs, həmkəndlisi X2 döymüşdür. Bu barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, oğlu xx xxxx 2020-ci il tarixdə saat 17.00 radələrində Eldənizin evinin yaxınlığında olarkən qonşusu Talehlə aralarında mübahisə yaranmış, həmin vaxt Eldəniz evindən çıxaraq onu söyməyə başlamış və onu taxta parçası ilə vurduğunu bildirmişdir. Hazırda həmkəndlisi X5 ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və X5 ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 17.00 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində yaşadığı evdə olarkən çöldən səslər eşitdiyini, çölə çıxan zaman Samirin söyüş söydüyünü görüb söyməməsini bildirmiş, həmin vaxt Samir əlindəki ağacla, təpiklə və yumruqla onu vurduğunu, yerə yıxdığını, yumruqla onun boyun nahiyyəsindən bir dəfə vurduğunu bildirmişdir. Şəxs onu döydüyü üçün xx xxxx 2020-ci il tarixdə 102 xidmətinə məlumat vermişdir. Hazırda həmkəndlisi Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxx 2020ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X4 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X5 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləyən, Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan Şəxs xx xxxxxx 2020-ci il tarixli, MN0685428 №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXMnin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-525/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-525/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver