Məhkəmə qərarları › İş №3(039)-525/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-525/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-525/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, X1nın, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun, xx.xx.1980-ci ildə Zaqatala rayonu Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu H.Əliyev prospekti, ev 32 mənzil 10 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 18 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi üzrə borclu, Şəxs tərəfindən hazırda bu günə kimi, X1nın xeyrinə ödəməli olduğu aliment borcu 1920 manat təşkil edir . Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi üzrə şikayət etmişdir. Həmin şikayətə baxıldıqdan sonra 18.05.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsindən icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsinə dair məktub icra və probasiya şöbəsinə daxil olmuşdur. 08.05.2022-ci tarixdə borcluya icra sənədinin icrası ilə bağlı bildiriş verilmişdir. Bundan sonra həmin tarixdə icra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və izahatında icra sənədi üzrə 1920 manat borcunu hazırda ödəyə bilməyəcəyini, lakin borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında 1920 manat borcunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi üzrə bildirişi 08.05.2022-ci il tarixdə almışdır. Ona görə də, nə məhkəmə qətnaməsindən nədə icra sənədindən məlumatlı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 1920 manat borc ödənilməmişdir; Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədinə əsasən 25.12.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlamılmaası üçün 12.01.2021-ci il tarixdən başalayaraq Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment alınıb X3 xeyrinə ödənilməlidir; İcraata başlama haqqında 08.05.2022-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İcra haqqında qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-409/2021 saylı, 28.04.2021-ci il tarixli icra sənədi üzrə tələbin borclu tərəfindən könüllü icrası üçün borcluya tələb olunan 10 gün müddət gözlənilmədiyindən və icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar