Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-526/2023 01.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 01 sentyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunmalı və şikayət baxılmadan onu vermiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayət onu vermiş şəxsə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-526/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-526/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver