Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-527/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07.30 radələrində BDYPİ-nin YPXA-nın 8-ci tağımının YPX-i inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə BDYPİ-nin YPXA-nın 8-ci tağımının YPX-i inspektoru X5 xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə raporta müraciət edərək, sürücü Şəxs polisin qanuni tələbinə qəsədn tabe olmadığını bildirmiş və bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayır. Shaqman markalı 99 GT O21 nömrə nişanlı yük avtomaşını ona məxsusdur. Avtomaşını idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. xx xxxxxx 2020-ci il tarixdə saat 07.30 radələrində idarə etdiyi yük avtomobili ilə Bakı-Qazax magistral yolunda hərəkətdə olan zaman YPX-i inspektoru idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. YPX-i inspektoru ona özünü təqdim edərək sənədlərini təqdim etməsini bildirmişdir. YPX-i inspektoruna sənədlərini təqdim etməmişdir. YPX-i əməkdaşı yenidən ondan sənədlərini tələb edərək avtomobildən düşməsini xahiş etmişdir. Həmin vaxt əsəbi olduğu üçün YPX-i inspektoruna sənədlərini təqdim etməmiş, ona qarşı kobudluq edərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. YPX-i əməkdaşı kömək çağıraraq onu Yevlax RPŞ-nə aparmışlar. Hazırda səhvini başa düşür. Əməlindən səmimi olaraq peşmandır və polis əməkdaşından üzr istəmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində inzibati həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən BDYPİ-nin YPXA-nın 8-ci tağımının YPX-i inspektoru polis baş serjantı X6 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07.40 radələrində 722 saylı postda xidmət aparan zaman, Shaqman markalı, ** GT *** nişanlı yük avtomobilinə saxla işarəsi vermiş və sürücüdən sənədlərini tələb etmişdir. Lakin sürücü sənəd təqdim etməkdən imtina etmişdir. Sürücüyə sənədlərini təqdim etməsini və yükün çəkisini bilmək üçün avtomobilindəki yükün tərəzi məntəqəsindən keçməsini bildirmişdir. Bu zaman sürücü on qarşı nalayiq ifadələr işlədərək heç bir yerə getməyəcəyini bildirmişdir. Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmadığını görüb kömək çağırmışdır. Bundan sonra sürücü Şəxs Yevlax rayon polis şöbəsinə aparmışlar və bu barədə Yevlax RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax RPŞ-də məlum olmuşdur ki, həmin vətəndaş Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Şəxsdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 və şahid X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşman olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1984-cü il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-527/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-527/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver