Məhkəmə qərarları › İş №3(039)-527/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-527/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-527/2021 02.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Zərər çəkmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax şəhəri Nizami prospekti ev 58-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 01 iyul 2021-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti ev 49, mənzil 11-də yaşayan X9 məxsus mobil telefonunu istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərov izah etdi ki, Yevlax şəhəri Nizami prospekti bina 49, mənzil 11-də yaşayan X10 01 iyul 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 01 iyul 2021-ci il tarixdə əvvəllər tanıdığı Nail adlı şəxsin ona məxsus 150 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu kiməsə zəng etmək adı ilə almış, bundan sonra Nailin telefonu ona geri qaytarmayaraq etibarından sui-istifadə edərək və onu aldadaraq telefonunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 01 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 01 iyul 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri H.Əliyev parkında olarkən əvvəllər tanıdığı Namiq adlı şəxsin telefonunu danışmaq üçün almış, həmin vaxt içkili olduğundan telefonu kiməsə verməsini və telefonun harada olmasını unutmuşdur. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, 01 iyul 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri H.Əliyev parkında olarkən qonşusu Şəxs yaxınlaşaraq telefonla zəng etməli olduğunu və buna görə telefonu danışmaq üçün ona verməsini xahiş etmiş, Şəxs xahişini nəzərə alıb telefonu ona vermiş, lakin bir neçə dəqiqədən sonra Nailin yoxa çıxdığını görmüşdür. Bundan sonra Şəxs yaşadığı evə getmiş, onun evdə olmadığını görüb onu gözləmiş, verdiyi telefonu tələb etdikdə Şəxs telefonun onda olmadığını bildirdiyinə görə yaxınlıqda olan polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Hazırda Şəxs ona dəymiş zərəri ödədiyinə görə ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İşdə olan 01 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 01 iyul 2021-ci il tarixdə saat 21:10-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar