Məhkəmə qərarları › İş №3(039)-528/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-528/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-528/2020 14.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6372/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə yaranmış 8930 manat borc ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədi üzrə tutulmalı olan borcundan hər ay olmasa da, tələbkarın xeyrinə müəyyən məbləğlərdə ödənişlər etmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək təqribən 2000 manata yaxın borcu olduğunu, pandemiya vəziyyəti ilə bağlı qəbzlərinin hamısını hazırda təqdim edə bilməyəcəyini bildirmişdir. İcra məmuru eyni zamanda bildirmişdir ki, hesablanmış aliment borcu tələbkarın dediyinə görə müəyyən edilmişdir. Dəfələrlə tələbkardan ona olan ödənişlərlə bağlı qəbzləri icra şöbəsinə təqdim etməsini bildirsə də, tələbkar ondan şikayət etmiş və qəbzləri ona təqdim etməkdən imtina etmişdir. O da məcbur qalaraq tələbkarın dediyi məbləği əsas götürərək protokol tərtib etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hər ay iki uşaq üçün cəmi 220 manat alimentin və bir azyaşlı övladı 3 yaşına çatanadək 50 manat alimentin tələbkarın xeyrinə ödənilməsi qət edilsə də o, hər ay tələbkarın xeyrinə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Ödənişlərin çox hissəsi Bakı şəhərində işlədiyi dövrlərdə olduğu və ödənişləri orda olan poçt vasitəsi ilə ödədiyi üçün hazırda o qəbzləri məhkəməyə təqdim edə bilmir. Lakin bəzi ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilər. Onun tələbkara təqribən 2000 manat yaxın borcu var. O, alimenti ödəməkdən heç bir zaman qərəzli yayınmamışdır. Lakin, bəzi vaxtlar işləmədiyi üçün aliment borcu yaranmışdır. 2020-ci ilin yanvar ayından avqust ayınadək təqribən 1250 manat, avqustun 6-da isə 400 manat aliment borcundan ödəniş etmişdir, hazırda isə 500 manat ödəniş etməyə hazırdır. Hazırda onun borcunun düzgün hesablanmadığını və qalıq aliment borcunu qısa bir müddətdə ödəyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. Tələbkar Məsimova Könül Asif qızının məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, tələbkar işdə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini, borclu tərəfindən aliment borcunun ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6372/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə yaranmış 8930 manat borc ödənilməmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6372/2015 saylı, xx.xx.2015-ci il tarixli il icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər ay hər bir uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment və xx.xx.2013-cü il təvəllüdlü X3 üç yaşına çatanadək 50 manat aliment alınıb iddiaçı Məsimova Könül Asif qızının xeyrinə ödənilməlidir; İcraata başlama haqqında xx xxxx 2016-cı il tarixli qərarın surətindən görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6372/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarına əlavə edilmiş 2016, 2017, 2018, 2019, 2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Şəxs tələbkarın xeyrinə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Son ödəniş xx xxxxxx 2020-ci il tarixdə 500 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6372/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə alimentin ödənilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar