Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-528/2023 20.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Qanuni nümayəndə - Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X5, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2007-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Yevlax rayonu Gülövşə kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Gülövşə kəndində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində X2 polis nəfəri, polis baş serjantı X1 rayonu Gülövşə kəndində xidmət aparan zaman üç nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız söyüşlər söydüyünü görüb həmin şəxslərə yaxışınlaşıb özünü təqdim edərək onları nizamintizama dəvət etmişlər. Lakin onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam edtirmişdir. Ona görə həmin şəxslər polis əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsrət İbraimli bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Rəvan Məmmədov və Kənan Hacızadə ilə birlikdə Yevlax rayonu Gülövşə kəndində yerləşən Kənan Hacızadənin nənəsinin qəbrinin üstünə ziyarətə getmişlər. Həmin gün saat 18 radələrində kəndin mərkəzində bir-birləri ilə ucadan söyüşlə danışan zaman polis əməkdaşı yaxınlaşaraq onları nizam-intizama dəvət etmiş, lakin onlar polis əməkdaşının tələbinə tabe olmamışlar. Bu zaman polis əməkdaşı onları məcburi qaydada polis şöbəsinə gətirmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Yevlax rayonu Gülövşə kəndində xidmətdə olan zaman, kəndin mərkəzində 3 nəfər şəxs küçədə ucadan qışqıraraq ünvanlı və ünvansız söyüşlər söyərkən ictimai qaydanı pozduqlarına görə onlara yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsləri dəfələrlə nizamintizama dəvət etsə də onlar onun qanuni tələbinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam etdirmişlər. Ona görə həmin şəxslər tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Qanuni nümayəndə - Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Nurlan Süleymanov məhkəmə iclasında çıxış edərək Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Gülövşə kəndində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Ü.Qaçaylının özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-528/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-528/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver