Məhkəmə qərarları › İş №3(039)-529/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-529/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-529/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun böyük köməkçisi X1, barəsində inzibati icraat aparılan hüquqi şəxs Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsinin nümayəndəsi-sədri Şəxs iştirakları ilə, Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun böyük köməkçisi X2 çıxış edərək bildirmişdir ki, Yevlax rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis baş serjantı Nəsimi Ağamirzəyev raportla məruzə edərək Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində kənd Bələdiyyəsinə aid boş ərazidə kolluq sahədə narkotik xassəli bitkilərin yabanı halda bitdiyini bildirmişdir. 09.06.2021-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus boş əkinə yararsız torpaq sahəsinin kolları ilə əhatəyə alınmış hissəsində yabanı halda çətənə kollarının bitdiyi əraziyə Yevlax rayon polis şöbəsinin əməkdaşlarının iştirakları baxış keçirilmiş və baxış zamanı 782 (yeddi yüz səksən iki) ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Bitkilərə mütəxəssis aqronomun iştirakı ilə baxış keçirilmişdir. Bitkilərin diblərinə heç bir aqrotexniki qulluq edilməməsi müəyyən edilmişdir. Baxış zamanı bitkilər kökündən çıxarılaraq sayılmış, ümumi sayı 782 (yeddi yüz səksən iki) ədəd olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kolların üç ədədi ekspertiza rəyi alınması üçün qablaşdırılaraq götürülmüşdür. Ekspert rəyi ilə həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğu müəyyən edilmişdir. Bununla da, Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsinin sədri Şəxs izahatında bildirmişdir ki, qeyd edilən ərazilər bələdiyyəyə məxsus olsa da həmin ərazilər suvarma arxalarının kənarında kolluq ərazidə yerləşir və həmin ərazilərə nəzarət etmək üçün məcburi olaraq kənd sakinlərinin pay torpaqlarına daxil olmaq lazımdır. Belə hal isə kənd əhalisi tərəfindən narazıçılıqla qarşılanır və torpaq sahələrinə daxil olmağa icazə vermirlər. Bu səbəbdən də o, bələdiyyəyə məxsus olan torpaq sahələrinə baxış keçirə və narkotik tərkibli çətənə bitkilərini müəyyən edə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 209-cu maddəsinə əsasən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Yevlax rayonu Qoyunbinəsi kənd bələdiyyəsi tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, barəsində inzibati icraat aparılan hüquqi şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar