Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-530/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay şəhəri Sənaye zonasında qeydiyyatda olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay şəhəri Sənaye zonasında qeydiyyatda olan Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından 99NF595/99ZC595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş 12,3 kq “Südün emalı üçün avadanlıq hissələri” yükünə, 22.06.2021-ci il tarixli **********0014 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına 99NF595/99ZC595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından 99NF595/99ZC595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş 12,3 kq “Südün emalı üçün avadanlıq hissələri” yükünə, 22.06.2021-ci il tarixli **********0014 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına iki adda mal daxil olmuşdur. Həmin mallardan birinə, yəni “karton qutudan qablaşdırma materialı” üzrə yükə görə idxal bəyannaməsi yazılsa da, digər mala, yəni “südün emalı üçün avadanlıq hissələri” yükünə idxal bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, diqqətlərindən yayındığı üçün qeyd olunan yükə görə qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Təmsil etdiyi hüquqi şəxsin həmin malı bəyan etməmək kimi niyyəti olmamışdır. Protokol əsassız olduğundan hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16.04.2021-ci il tarixli 11000- 0901/21 saylı protokoldan görünür ki, Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından 99NF595/99ZC595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş 12,3 kq “Südün emalı üçün avadanlıq hissələri” yükünə, 22.06.2021-ci il tarixli **********0014 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına 99NF595/99ZC595 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-530/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-530/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver