Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-530/2023 28.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X8 xx.xx.2023-cü il tarixdə Varvara ovçuluq təsərrüfatının ərazisində qadağan olunmuş üsulla və alətlə ov qaydalarını kobud surətdə pozmuşdur. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X12 tərəfindən 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə X8 1000 manat məbləğində cərimə edilmişdir X8 məhkəmə iclasında çıxış edərək,ailəli olduğunu,himayəsində 3 az yaşlı uşaqnan kirədə qaldığını, heç bir yerdə işləmədiyini,ona tətbiq olunmuş cərimə cəzasının tam şəkildə ödəməyə imkanın olmadığını,cərimə cəzasının hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək,müfəttişlər tərəfindən əraziyə baxış keçirilən zaman X1 anbarı ərazisində Kür çayı sahilində qadağan olunmuş dövrdə balıqçılıq ovu ilə məşğul olması aşkar olunduğunu,əraziyə video baxış keçirildiyini,video çəkilişdə Məhəmməd Babayevin özü etiraf ederək “bəli mən suda 3 ədəd tor qurmuşam” ifadəsinin işlətməsini, inzibati xətanı törətməsində özü öz əməlini etiraf etməsini,buda öz növbəsində AR İXM-nin 272.3 maddəsinin tərkib əlamətini yaratdığından qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1000 manat məbləğində cərimə edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(039)-530/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-290/2023 saylı qərarına əsasən X5 şikayəti qismən təmin olunmuş,Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(039)-530/2023 saylı qərarı ləğv olunmuş,işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X5 Varvara su anbarı ərazisində Kür çayı sahilində qadağan olunmuş dövrdə balıqçılıq ovu ilə məşğul olması aşkar olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinmişdir. X2, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də,o balıqcılıqla məşğul olduğunu,balıqları qarmaqla tutduğunu bildirsədə iş materiallarına əlavə edilmiş video diskə baxış keçirilmiş və həmin video diskdə Məhəmməd Babayev öz əməlini etiraf etmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X5 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 iyul 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-530/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-530/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver