Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-530/2024 04.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinininin ehtibarnamə üzrə nümayəndəsi X2 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 04 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********721100 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən yaranmış 38716,59 manat vergi borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********721100 saylı xx.xx.2022-ci il tarixli qərarının tələblərini yerinə yetirməmişdir. Tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinininin ehtibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********721100 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən yaranmış 38716,59 manat vergi borcunu ödəməkdən yayınmışdır. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, onun yaranmış olan 38716,59 manat vergi borcunu qəbul etmədiyini, Tanıdığı şəxslər tərəfindən onu aldadaraq etibarnamə aldıqlarını, bu etibarnamə ilə ona iş düzəldəcəyini vəd edərək aldatdıqlarını, və qarşılığında onun adına şirkət açdıqlarını, özünün təkrar bu məsələnin həlli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini məhkəməyə bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********721100 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən yaranmış 38716,59 manat vergi borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs **********721100 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə xx.xx.2022-ci il tarixli qərarın icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmişdir. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun xx.xx.2022-ci il tarixli qərarını üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-530/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-530/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver