Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-531/2020 17.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X6 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxx 2020-ci il tarixdə yaşadıqları evdə X3 bıçaqla vuraraq xəsarət yetirmişdir. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X9 izah etdi ki, Yevlax rayonu Aran qəsəbəsində yaşadıqları evdə Şəxs, oğlu X3 bıçaqla vuraraq xəsarət yetirmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izah etdi ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 18.00 radələrində gəlini X8 ona atmacalı sözlər ataraq təhqir etməyə başlamış, təhqir etdikdən sonra əlləri ilə onun saçından tutaraq sürüməyə başlamış, o da cavab olaraq Günel Qasımovanın saçından tutmuşdur. Bu vaxt nəvəsi X7 olanları görüb, dərhal qaçaraq X4 xəbər vermişdir. Mehman gəlib onun saçından tutaraq divara vurmuş, qonaq otağındakı stolun üzərində olan mətbəx bıçağını əlinə alaraq onu öldürəcəyini bildirmiş, o da bıçağı alaraq özü sol qoluna bıçaqla xəsarət yetirmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Mehman Qasımov ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izah etdi ki, xx xxx 2020-ci il tarixdə yaşadığı evin həyətində olarkən qonşularının onların evindən səs-küy gəldiyini bildirmiş daha sonra isə oğlu Yusif qaçaraq onun yanına gəlmiş və nənəsinin onun anasını döydüyünü demişdir. O da bundan sonra evə gəlmiş, anası Şəxs həyat yoldaşı Günel Qasımovanı divara diriyərək saçını yolduğunu, üz-gözünü cırdığını görmüşdür. Daha sonra isə Günel Qasımova 102 xidmətinə zəng vurulmasını bildirmiş, Şəxs da çıxılmaz vəziyyətdə qalaraq mətbəxdən neft şüşəsini götürüb özünü və hər kəsi yandırmaqla hədələmişdir. Hazırda anası Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İzahat zamanı X8 da əri X2 izahatında göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X5 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X6 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1957-ci ildə Bərdə rayonu, Qarağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs xx xxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəapellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-531/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-531/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver