Məhkəmə qərarları › İş №3(039)-533/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-533/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-533/2020 17.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində Yevlax rayonu, Qaraoğlan kəndində sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 00:15 radələrində Yevlax rayonu, Qaraoğlan kəndində xidmətdə olarkən Yevlax rayon polis şöbəsinin məsul növbətçisinin göstərişinə əsasən həmin kənddə yaşayan Şəxs yaşadığı ünvana getmişlər. Həmin ünvanda onlar Şəxs sərxoş vəziyyətdə həyat yoldaşı X3 və ailə üzvləri ilə mübahisə etdiyinin və ucadan səs-küy salaraq qonşuluqda yaşayan vətəndaşların narahatlığına səbəb olduğunun şahidi olmuşlar. Onlar Şəxsla profilaktik söhbət apardıqdan sonra çıxıb getmişlər. Lakin qısa bir müddət sonra təkrarən həmin şikayət daxil olduqdan sonra onlar həmin ünvana getdikdə yenə də Şəxs mübahisə yaradaraq səs-küy saldığını görüb onu nizam-intizamlı olmağa və səs-küy salmamağa dəvət etsələr də Şəxs aqresiv danışmağa başalayaraq polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra o, Şəxs saxlayaraq rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs oğlu özünü qismən təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində yaşadığı evdə ailə üzvləri ilə mübahisəsi olmuşdur. Mübahisə vaxtı polis əməkdaşları həyat yoldaşı Sevil Səfərovanın şikayəti əsasında onun yaşadığı ünvana gələrək onunla profilaktik söhbət aparadıqdan sonra çıxıb getmişlər. Bundan sonra həyat yoldaşının qardaşı onların yaşadığı evə gələrək ondan polisə şikayət etmişdir. Bu səbəbdən də polis əməkdaşları təkrarən gəlib ona polis şöbəsinə getməyə təklif etdikdə, o, etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində Yevlax rayonu, Qaraoğlan kəndində sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 165 №-li, xx.xx.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 01:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin qismən etiraf edici, izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 01:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar