Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-533/2024 08.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1987-ci ildə Yevlax rayonunun Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonunun Nərimanabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı icra vərəqəsinə əsasən 900 manat dəyərində 4,22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, 840 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş sırğa, 550 manat dəyərində 4,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş üzük, 420 manat dəyərində 3,4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan klon, 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan boyunbağı, 880 manat dəyərində 7,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qolbağı,həmin əşyalar naturada mövcud olmadıqda isə onların cəmi dəyəri 4150 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddaçı Vəliyeva (Adıgözəlova) Aygün Eldəniz qızına verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu həmin vaxt ölkə hüdudlarından kənarda olduğuna görə icra sənədinin icrası mümkün olmamış və barəsində axtarış işi açılmışdır. Borclu Şəxs 17 oktyabr 2023-cü il tarixdə və 13 dekabr 2023-cü il tarixdə Yevlax rayon İcra və Probasiya Şöbəsində izahat verən zaman Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı qətnaməsindən məlumatının olmadığını, icra sənədində göstərilən qızılların onda olmadığını və həmin qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmişdir. Tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmiş, lakin borclu ötən müddət ərzində icra sənədinin icrası ilə əlaqədar heç bir təşəbbüs göstərməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)- 470/2020 saylı icra vərəqəsinə əsasən ondan 900 manat dəyərində 4,22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, 840 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş sırğa, 550 manat dəyərində 4,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş üzük, 420 manat dəyərində 3,4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan klon, 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan boyunbağı, 880 manat dəyərində 7,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qolbağı, həmin əşyalar naturada mövcud olmadıqda isə onların cəmi dəyəri 4150 manat pul və 30 manat dövlət rüsumu alınıb iddaçı Vəliyeva (Adıgözəlova) Aygün Eldəniz qızına verilməlidir. İşə baxılan zaman ölkə hüdüdlarından kənarda olduğuna görə məhkəmə qətnaməsindən məlumatı olmamışdır. Həmin qətnamədən icra məmuru onu Yevlax rayon İcra və Probasiya şöbəsinə dəvət edərək izahatını aldığı zaman məlumatı olmuşdur. Bundan sonra həmin qətnamədən narazı qaldığına görə apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti müddət ötürülməklə verildiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərardadından şikayət vermiş, lakin həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd edilən səbəblərdən və məhkəmə qətnaməsi ilə razılaşmadığından icra sənədinin icrası uzanmışdır. Hazırda özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Vəliyeva (Adıgözəlova) Aygün Eldəniz qızı verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı icra vərəqəsinə əsasən 900 manat dəyərində 4,22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, 840 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş sırğa, 550 manat dəyərində 4,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş üzük, 420 manat dəyərində 3,4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan klon, 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan boyunbağı, 880 manat dəyərində 7,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qolbağı,həmin əşyalar naturada mövcud olmadıqda isə onların cəmi dəyəri 4150 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddaçı ona verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu ötən müddət ərzində icra sənədini icra etməkdən yayınmışdır. Borclu icra sənədinin icrasından yayınmaq məqsədi ilə məhkəmənin qətnaməsini və qərardadını mübahisələndirmiş, lakin həmin qətnamədən və qərardaddan verilmiş şikayətlər geri qaytarılmışdır. Kamran Adıgözəlovdan dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin borclu maddi imkanı olmasına baxmayaraq icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda da borclu müxtəlif bəhanələrlə icra sənədinin icrasından boyun qaçırır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)- 470/2020 saylı icra vərəqəsindən görünür ki, 900 manat dəyərində 4,22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, 840 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş sırğa, 550 manat dəyərində 4,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş üzük, 420 manat dəyərində 3,4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan klon, 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan boyunbağı, 880 manat dəyərində 7,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qolbağı, həmin əşyalar naturada mövcud olmadıqda isə onların cəmi dəyəri 4150 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddaçı Vəliyeva (Adıgözəlova) Aygün Eldəniz qızına verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Şəxs tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsində verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, icra məmuru tərəfindən borcluya Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2020 saylı qərardadından görünür ki, cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)- 470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-470/2020 saylı qərardadından görünür ki, cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)- 470/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-470/2020 saylı icra vərəqəsinə əsasən 900 manat dəyərində 4,22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, 840 manat dəyərində 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş sırğa, 550 manat dəyərində 4,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilliant qaşlarla bəzədilmiş üzük, 420 manat dəyərində 3,4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan klon, 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan boyunbağı, 880 manat dəyərində 7,3 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qolbağı,həmin əşyalar naturada mövcud olmadıqda isə onların cəmi dəyəri 4150 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddaçı Vəliyeva (Adıgözəlova) Aygün Eldəniz qızına verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmiş və borclunun izahatları alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2020 saylı qərardadı ilə cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(039)-470/2020 saylı qərardadı ilə cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin bundan sonra da borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Buna görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edildişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdir və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-533/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-533/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver