Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-535/2020 31.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon polis şöbəsinin dövlət yol polis bölməsinin dövlət avtomobil müfəttişi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Yevlax rayonu Varvara kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax rayonu Varvara kənd yolunda bir baş iri buynuzlu heyvanı qəflətən yola çıxartdığı üçün Zərərçəkmiş şəxs Minas oğlunun idarə etdiyi “VAZ 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Dövlət X2 Fariz Firdovsi oğlu məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax rayonu Varvara kənd yolunda bir baş iri buynuzlu heyvanı qəflətən yola çıxartdığı üçün Zərərçəkmiş şəxs Minas oğlunun idarə etdiyi “VAZ 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs avtomobilinə ziyan vurulmuşdur. Mal-qaranın hadisə baş verən ərazidən keçirilməsi üçün həmin yol zolağında heç bir icazə nişanı olmamışdır. Bununla da, barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax rayonu Varvara kənd yolunda otardığı heyvanları örüşdən qaytaran zaman sürüdəki bir buynuzlu heyvanın biri qəflətən avtomobil yoluna qaçmışdır. Bu zaman o, bir az məsafədə yüksək sürətlə hərəkət edən avtomobili gördükdən sonra yola çıxaraq ona yolda heyvanın olmasını və ehtiyatlı olması üçün işarə etsə də, həmin avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün avtomobili saxlaya bilməmiş və nəticədə hevanı vurmuşdur. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Minas oğlu inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da işə getmək üçün özünə məxsus “VAZ 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonu Varvara kənd yolunda hərəkətdə olan zaman yolun kənarındakı kolun dibindən qəflətən bir iri buynuzlu heyvan çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da Yevlax rayonu Varvara kənd yolunda bir baş iri buynuzlu heyvanı qəflətən yola çıxartdığı üçün Zərərçəkmiş şəxs Minas oğlunun idarə etdiyi “VAZ 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Avtovaz Texniki Xidmət Sənaye ticarət birliyi Yevlax “Xəzər-Lada” 1 saylı səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, “VAZ 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1688 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-535/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-535/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver