Məhkəmə qərarları › İş №3(039)-536/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-536/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-536/2024 18.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-26/2-3257/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə tələb edilən sənədləri (səhmdar cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar təhviltəslim aktı, habelə səhmdarlara yekun ödənişlərin hesablanıb-hesablanmaması, hesablanmışdırsa onun hesablanmasını təsdiq edən sənəd) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs ASC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-3257/2024 saylı məktubdan görünür ki, Mərkəzi Bank 04 may 2024-cü il tarixdə daxil olmuş vətəndaş müraciətinə əsasən müraciətdə qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatın zəruri sənədlər əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi Şəxs ASC-dən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-4047/2024 saylı məktubdan görünür ki, Mərkəzi Bank tərəfindən 04 may 2024-cü il tarixli sorğu məktubu ilə xahiş edilən sənədlər həmin tarixədək təqdim edilmədiyindən sorğu məktubunda qeydi edilən sənədlərin 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmiş, əks halda Şəxs ASC-yə Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar