Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-537/2020 18.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4, tələbkar X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X7, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi X5 iştirakları ilə, xx.xx.1980-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2632/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 3131.60 manat borc ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs 3-cü qrup əlilliyinə görə aldığı 110 manat təqaüddən icra sənədi üzrə tutulmalı olan aliment borcundan 2019-cu ilin mart ayından hər ay tələbkarın xeyrinə tam şəkildə olmasa da, 77 manat onun tutulmalar olur. Bundan əlavə olaraq alimentin məbləği ümumilikdə 200 manat olsa da borclu alimenti tam şəkildə ödəməyindən hazırda 3131.30 manat borc yaranmışdır. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, 3-cü qrup əlil olduğuna görə hazırda heç bir yerdə işləyə bilmir. İcra sənədi üzrə hər ay iki uşaq üçün cəmi 200 manat alimentin tutulması qət edilsə də, hər ay tələbkarın xeyrinə təqaüddən 77 manat məbləğdə pul tutulur. Hazırda aldığı 110 manat təqaüdün tam şəkildə tələbkarın xeyrinə tutulmasına heç bir etirazının olmadığını və qalıq borcunu qısa bir müddətdə ödəyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi X8 məhkəmə iclasında borclu Şəxs izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında vəkil X11 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədi üzrə tələbkara ödəniş etməsini nəzərə alıb barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. Tələbkar X6 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu tam şəkildə olmasa da hər ay 77 manat məbləğində alimenti ödəyir. Hazırda yaranmışborcunun ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2632/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X1 xeyrinə ödənilməlidir; İcraata başlama haqqında xx xxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2632/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2632/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 3131.60 manat borc ödənilməmişdir; DSMF-nin 031029 saylı vəsiqəsindən görünür ki, Şəxs İİİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-2632/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə alimentin ödənilməsi ilə icra sənədinin üzürsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-537/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-537/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver