Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-537/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Zərər çəkmiş şəxs Məcidov İldırım Hacıbala oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri S.Əsgərov küçəsi ev 64-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 2021-ci ilin mart ayında ünvan 1 ünvanında yaşayan Məcidov İldırım Hacıbala oğlunu aldadaraq 500 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, ünvan 1 ünvanında yaşayan Məcidov İldırım Hacıbala oğlu 01 iyul 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2021-ci ilin mart ayında əvvəllər tanıdığı Murad adlı şəxsin sosial yardım düzəltmək adı ilə ondan 500 manat pul almış, lakin bügünədək sosial yardım düzəltməmişdir, onun etibarından sui-istifadə edərək onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirtdiyini bildirərək, Murad adlı şəxsin məsuliyyətə cəlb edilməsini və dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 01 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 2021-ci ilin mart ayında qonşusu Məcidov İldırım Hacıbala oğlundan sosial yardım düzəltmək adı ilə 500 manat məbləğində pul almışdır. Həmin şəxsin sənədlərini Sosial Müdafiə Nazirliyinə göndərmiş, lakin həmin şəxsə sosial yardım təyin edilməmişdir. Buna görə də, o, pulunu tələb edir, həmin pulu xərcləmişdir. X9 həmin məbləği qaytarmışdır. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş Məcidov İldırım Hacıbala oğlu çıxış edərək bildirdi ki, Şəxs 2021-ci ilin mart ayında sosial yardım düzəltmək adı ilə ondan 500 manat məbləğində pul almış, lakin ona bügünədək sosial yardım təyin edilməmişdir. Hazırda Şəxs həmin məbləği ona geri qaytarmışdır bu səbəbdən ondan heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş ifadəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-537/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-537/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver