Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-537/2024 12.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X3, Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X15 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X15 şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X15 verdiyi izahatında göstərmişdir ki, Yevlax rayon X2 X11 və Doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neanatoloq-həkimi vəzifəsində işləyən X5 24 mart 2024-cü il tarixdə qeyri-iş günü xəstəxanada xəsarət alması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 (bir min üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin protokolu və protokol əsasında qəbul edilmiş qərarı əsassız hesab edir. Belə ki, X5 xəsarət alması 24 mart (bayram günü) 2024-cü il tarixdə baş verdiyindən və 25-26 mart 2024-cü il tarixləri qanunvericiliyə uğun qeyri-iş günü (istirahət günləri) hesab edildiyindən baş vermiş hadisə barədə məlumat Əmək Müfəttişliyinə rəsmi iş günü, yəni 27 mart 2024cü il tarixdə verilmişdir. X5 bayram günü 24 mart 2024-cü il tarixdə işə gəlməsi barədə işəgötürənin (onun) əmək qanunvericiliyinə müvafiq heç bir əmri və ya sərəncamı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03 noyabr 2011-ci il tarixli 680 nömrəli qərarı ilə təsdiq edilmiş “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu və qeydiyyatı haqqında” təlimatına əsasən 24 mart 2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaləqar Yevlax Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilən zaman və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman məlumatlandırılmamış və onun iştirakı təmin edilməmişdir. Hadisənin baş verməsinə səbəb isə Kəmalə Ellazovanın diqqətsizliyi olmuşdur. Belə ki, hadisəni əks etdirən videogörüntüyə baxış zamanı Kəmalə Ellazovanın pilləkənlərdən enən zaman əlində olan mobil telefonla məşğul olduğu və nəticədə büdrəyərək yıxıldığı müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Hazırkı iş üzrə isə baş vermiş hadisə isə istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilmir. Qeyd edilən hallara görə barəsində tərtib edilmiş protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Buna görə də, hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X16 şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax rayon X2 X7 və doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neanatoloq-həkimi vəzifəsində işləyən X5 24 mart 2024-cü il tarixdə qeyri-iş günü xəstəxanada xəsarət alması ilə bağlı Əmək Müfəttişliyinə məlumat daxil olmuşdur. Həmin məlumat işəgötürən tərəfindən hadisə baş verən gün verilməli olduğu halda bir neçə gün sonra verilmişdir. Hadisə ilə bağlı araşdırma aparılmış və X3 ona istinad olunan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 (bir min üç yüz) manat məbləğində cərimə edilmişdir. X3 barəsində araşdırma aparılan zaman o qanuna müvafiq qaydada məlumatlandırılmış, lakin Fazil İsmayılov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə gəlməkdən imtina etmişdir. Protokol qanuna uyğun qaydada tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Mərkəzi X18 Şəxsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Yevlax rayon X2 X11 və Doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neanatoloq-həkimi vəzifəsində işləyən X5 24 mart 2024-cü il tarixdə növbədə olmadığı halda xəstə yaxınları tərəfindən xəstəxanaya çağırılması, xəstə müayinəsi üçün xəstəxanaya gələn həkim neonatoloq (saat 12:00 radələrində) ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, səhhəti ilə bağlı həkim travmatoloq tərəfindən müayinə olunan həkimneonatoloq X6 «Hemartoz» diaqnozu aşkar edilməsi barədə məlumat verilmişdir. İşdə olan Yevlax Rayon Mərkəzi X18 Şəxsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Yevlax rayon X2 X11 və Doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neanatoloqhəkimi vəzifəsində işləyən X5 24 mart 2024-cü il tarixdə növbədə olmadığı halda xəstə yaxınları tərəfindən xəstəxanaya çağırılması, xəstə müayinəsi üçün xəstəxanaya gələn həkim neonatoloq (saat 12:00 radələrində) ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, səhhəti ilə bağlı həkim travmatoloq tərəfindən müayinə olunan həkim-neonatoloq X6 «Hemartoz» diaqnozu aşkar edilməsi barədə məlumat verilmişdir. İşdə olan Yevlax Rayon Mərkəzi X18 Şəxsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan (məlumatdan) görünür ki, Yevlax rayon X2 X11 və Doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neanatoloq-həkimi vəzifəsində işləyən X5 24 mart 2024-cü il tarixdə növbədə olmadığı halda xəstə yaxınları tərəfindən xəstəxanaya çağırılması, xəstə müayinəsi üçün xəstəxanaya gələn həkim neonatoloq (saat 12:00 radələrində) ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, səhhəti ilə bağlı həkim travmatoloq tərəfindən müayinə olunan həkim-neonatoloq X6 «Hemartoz» diaqnozu aşkar edilməsi barədə məlumat verilmişdir. İşdə olan Yevlax Rayon Mərkəzi X18 Şəxsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Yevlax rayon X2 X11 və Doğum Şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin neonatoloqhəkimi vəzifəsində işləyən X12 xəstə yaxınları tərəfindən xəstəxanaya çağırılmış, qeyri iş günü, işəgötürənin tapşırığı olmadan öz təşəbbüsü ilə, şəxsi məqsədləri üçün əmək vəzifələrindən kənar işlə məşğul olarkən, mobil telefondan istifadə etməklə (lift işlək vəziyyətdə olmasına baxmayaraq), eyni zamanda xəstəxananın pilləkənləri ilə enərkən ehtiyatsızlıqdan ayağı burxularaq yıxılmış və xəsarət almışdır. Səhhəti ilə bağlı həkim travmatoloq tərəfindən müayinə olunan həkim-neonatoloq X8 «Hemartoz» diaqnozu təyin edilmiş və xx.xx.2024-cü il tarixdən «Hər iki baldır daban oynabının hemartozu» diaqnozu ilə ona ******* nömrəli «Əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış, hazırda ev şəraitində ambulator müalicə alır. Xəsarətlərlə bağlı qeyri iş günlərindən sonra birinci iş günü, yəni xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir. Hadisənin baş vermiş hadisə kimi rəsmiləşdirilib rəəsmiləşdirilməməsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İşdə olan X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, bədbəxt hadisə X17 24 mart 2024-cü il tarixdə saat 12:30 radələrində xəstəxananın 2-ci mərtəbəsindən 1-ci mərtəbəyə enərkən 1-ci mərtəbənin pilləkəninin sonuncu pilləsini düşən zaman ayağının burxulması nəticəsində baş vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X5 xəsarət almas ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı ilə əlaqədar Fazil İsmayılov xx.xx.2024-cü il tarixdə, saat 11:00-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə dəvət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X5 xəsarət almas ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı aparılmış və X3 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protkol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmişdir İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00-a tyəin edilmiş və X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə çağırılmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, 10 iyun 2024-cü il tarixə, saat 11:00-a təyin olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00-a təxirə salınmış və işə baxılmanın vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1300 (bir min üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X10 inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması üçün X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə dəvət olunması haqqında bildiriş göndərilmişdir. Lakin iş materiallarından X3 həmin bildirişi almasını, onun vaxtında məlumatlandırılmasını təsdiq edən sənədlər müəyyən edilməmişdir. Halbuki, X3 vaxtında məlumatlandırıldığı təqdirdə barəsində aparılan iş üzrə icraatda iştirak etmək və sübutlarını təqdim etmək hüququ olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi izahatında X3 şöbəyə gəlməkdən imtina etdiyini göstərsə də, həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa, məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Fazil İsmayılov qanunla nəzərdə tutulmuş qaydada və müddətdi məlumatlandırılmamış, işə baxılmanın vaxtı və yeri haqqında bildirişin ona çatması dəqiqləşdirilməmiş və iş materiallarında həmin bildirişi almasını təsdiq edən sənəd müəyyən edilməmişdir. Həmin qərar Fazil İsmayılovun iştirakı təmin edilmədən qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Bundan başqa, həmin qərar qəbul edilərkən pozuntuların nədən ibarət olduğu, inzibati xətanın mahiyyəti göstərilməmiş və qərar kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbinə görə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşdə olan təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərinə əsasən X5 cavabdehliyini müəyyən etmişdir. Həmin təhqiqat aktından müəyyən edilir ki, komissiya X5 xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları» nın 1.4-cü bəndinə (şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən) əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyini və uçota alınmadığını bildirərək, zərərçəkənə sosail təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. Lakin səlahiyyətli orqan tərəfindən həmin xüsusat nəzərə alınmamış, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə qeyd edilən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar X15 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X3 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-537/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-537/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver