Məhkəmə qərarları › İş №3(039)-538/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-538/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-538/2023 08.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1959-cu ildə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs, 13 mart 2023-cü il tarixdə saat 01 radələrində istifadəsində olan Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində yerləşən kafenin otağında həmin kafed ofisiant işləyən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı Fatma Müsülmovaya məxsus “Samsung” markalı A52 modelli mobil telefonu yararsız hala salaraq, Zərərçəkmiş şəxs 650 manat maddi ziyan vurmuşlar. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını, habelə ona dəymiş ziyanı tam ödəməsini bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsi xahiş etmişdir. Zərərçəkmiş şəxs Şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş qarə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən şikayətinin olmadığını bildirmiş və bu barədə məhkməyə yazılı ərizəsini təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsi: 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Maddə 232-1. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar