Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-539/2023 02.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, tələbkarlar X4 və X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 1283 manat, Yevlax Rayon Məhkəməsinin 2(039)-863/2023 saylı, xx.xx.2023-cüil tarixli icra sənədi üzrə yaranmış 2343 manat borcunu və Yevlax Rayon Məhkəməsinin 3(039)- 285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 400 manat cəriməsini ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Borclu icra məmurunun qanuni çağırışlarına gəlməməsi səbəbindən onun barəsində Yevlax Rayon Məhkəməsinin qərarı əsasında icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə borclu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təqdim olunmuşdur. Şöbədə icra sənədlərinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədləri üzrə hazırkı tarixədək yaranmış borcunu və 400 manat cəriməsini ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırda hər iki tələbkara mövcud borcundan ayrı-ayılıqda cəmi 440 manat pulu ödədiyini və tələbkarla qalıq borcun ödənilməsində razılğa gəldiyini, lakin hazırda maddi imkansızlığı səbəbindən Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borcunu ödəyə bilmədiyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 borclu Şəxs ilə borcun ödənilməsində razılığa gəlmələrini bildirməklə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. X2 borclu Şəxs ilə borcun ödənilməsində razılığa gəlmələrini bildirməklə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 1283 manat, Yevlax Rayon Məhkəməsinin 2(039)-863/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 2343 manat borcunu və Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 400 manat cəriməsini ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-863/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 2343 manat pul alınıb X9 xeyrinə verilməlidir; Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs 1283 manat pul alınıb X8 xeyrinə verilməlidir; Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 1283 manat, Yevlax Rayon Məhkəməsinin 2(039)-863/2023 saylı, xx.xx.2023-cüil tarixli icra sənədi üzrə yaranmış 2343 manat borcunu və Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi və qərar üzrə tədbirlərin bir icraatda davam etdirilməsi qərara alınmşdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarların və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X11 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Lakin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli, lakin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Yevlax Rayon Məhkəməsinin 3(039)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-539/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-539/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver