Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-540/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Yevlax rayonu Xanabad Bələdiyyəsinin sədri Şəxs inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan qərarının surəti “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbləri pozularaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günü müddətinə göndərilməli olduğu halda 6 iş günü müddətdə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,bəzi səbəblərə görə qərarın sürətini göndərə bilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş portalından görünür ki, 14 iyul 2023-cü tarixli Yevlax rayonu Xanabad Bələdiyyəsinin iclasının protokolu 20 iyul 2023-cü il tarixdə elektron portala yüklənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Yevlax rayonu Xanabad Bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-540/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-540/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver