Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-541/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X5 iştirakı ilə, xx.xx.1956-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində yaşayan. X9 barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1412/2016 №-li, 19 dekabr 2016-cı il tarixli icra sənədi üzrə üzərinə qoyulmuş müəyyən hərəkətləri etməkdən imtina etmişdir. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1412/2016 №-li, 19 dekabr 2016-cı il tarixli icra sənədinə əsasən X8, X13, X10 və X11 və sonuncuların iki azyaşlı övladları-Kamil və Cəllad X1 Yevlax rayonu Havarlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxrılsın və borcluların X9, X8, X10, X13 və X14 tərəfindən həmin torpaq sahəsindən inşa edilmiş tikillər borcluların öz vəsaitləri hesabına sökülməlidir. İcra sənədinin icrası ilə əlaqədar X3 barəsində aparılmış icra tədbirləri nəticəsində mübahisəli torpaq sahəsindən çıxmamış və inşa edilmiş tikililəri sökməkdən imtina etmişdir. Həmin torpaq sahəsindən çıxması üçün X2 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasından imtina etmişdir. X2 qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də X3 barəsində qanuni tədbir görülməsini xahiş etdi. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və bildirşi qəbul etmişdir. İcra sənədində qeyd edilən torpaq sahəsində inşa edilmiş tikiləri sökməkdən və həmin torpaq sahəsindən çıxmaqdan imtina edir. Ona görə ki, başqa yerdə yaşamağa torpağı və evi yoxdur. Həmçinin mübahisəli torpaq əvəzinə tələbkar Vaqif Paşaiyə pay torpaq sahəsindən 1 hektar torpaq bağışlamışdır. Məhkəmə iclasında tələbkar X12 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən borclunun Yevlax rayonu Havarlı kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxrılması və X9 tərəfindən həmin torpaq sahəsindən inşa edilmiş tikillər borclunun öz vəsaitləri hesabına sökülməlidir. X22 dəfələrlə vəd verməsinə baxmayaraq icra sənədi üzrə üzərinə qoyulmuş müəyyən hərəkətləri etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən X9 törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-541/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-541/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver