Məhkəmə qərarları › İş №3(039)-542/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-542/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-542/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax şəhəri Yol patrul xidməti baş inspektoru polis kapitanı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax şəhəri Yol Patrul Xidmətindən daxil olmuş İXP seriyalı ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:12-də Yevlax rayon Aran qəsəbəsində idarə etdiyi “Vaz 21074 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:12-də Yevlax rayon Aran qəsəbəsində idarə etdiyi “Vaz 21099 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat nişanlarının üzərini xüsusi örtüklə örtərək dövlət qeydiyyat nişanlarını gizlətdiyi üçün saxlanmışdır.Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücü avtomaşını narkotik təsiri altında sürməsi və özünü şübhəli apardığına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik təsiri altında avtomaşını idarə etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü vermiş olduğu izahatında göstərmişdir ki,özünün Goranboy rayonunda yaşadığını, avtomobil ilə Mingəçevir şəhərinə getdiyini,dövlət qeydiyyat nişanını gizlətməyinin səbəbini avtomobili texniki baxışdan və icbari sığortadan kecmədiyi üçün gizlətdiyini,narkotik vasitəni isə təxmini olaraq 15 gün əvvəl istifadə etdiyini,əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir X1 məhkəmə iclasında çıxış edərək,xx.xx.2023-cü il tarixdə təxminən saat 22:12 radələrində polis nəfəri polis serjantı X6 rayonu Aran qəsəbəsində avtopatrulda 11 saylı marşurutda xidmətdə olduğu zaman ağ rəngdə Vaz 2107 markalı ** BK *** avtomobil dövlət qeydiyyat nişanının üzərini xüsusu örtüklə örtərək dövlət qeydiyyat nişalarını gizlətdiyi üçün həmin avtomobil tərəfərindən saxlanılmış,araşdırma zamanı sürücü avtomaşını narkotik təsiri altında sürməsi və özünü şübhəli apardığı üçün tərəflərindən RPŞ-nə gətirilmiş,RPŞ-də həmin şəxsin ünvan 1 ünvanda yaşayan Şəxs olduğu müəyyən olunuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İXP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:43-də Yevlax rayon Aran qəsəbəsində idarə etdiyi “Vaz 21074 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 760 №-li, 08 avqust 2023-cü il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitədən istifadə faktı müəyyən edilmişdir. 08 avqust 2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2023-cü il tarixdə saat 20:40-də tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir 333.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:12-də Yevlax rayon Aran qəsəbəsində idarə etdiyi “Vaz 21074 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar