Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-543/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhər, E.Ağayev küç, döngə 2, ev 166-da yaşayan X4 məxsus gümüş boyunbağı və bilərziyi, 80 manat dəyərində “Samsung” markalı mobil telefonunu oğurlamışdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxx 2020ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izah etdi ki, Yevlax şəhəri E.Ağayev küçəsi döngə 2, ev 166-da yaşayan X4 məxsus 100 manat dəyərində gümüş boyunbağı, və bilərziyi, 80 manat dəyərində “Samsung” markalı mobil telefonu oğurlanması barədə xx xxxxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə daxil olmuşdur. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, o, hazırda Yevlax şəhəri Nizami prospekti bina 224-də yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri E.Ağayev küç, döngə 2, ev 166-da yaşayan X4 məxsus gümüş boyunbağı və bilərziyi, 80 manat dəyərində “Samsung” markalı mobil telefonunu oğurlamışdır. Əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru Qurban Qasımovun izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-543/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-543/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver