Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-543/2021 15.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X6 Bölməsinin sahə rəisi, polis leytenantı X5, Zərər çəkmiş şəxs X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Dəmir yolu binası ev 10, mənzil 12-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 22 may 2021-ci il tarixdə X22 küçəsi ev 28-də yaşayan X13 Yevlax şəhər Mərkəzi Xəstəxanasında döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, Yevlax şəhəri Dəmir Yolu binası ev 10, mənzil 12-də yaşayan X7 22 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti Zəng Mərkəzi sisteminə zəng edərək Şəxs oğlu X14 bıçaqla xəsarət yetirdiyini, gəlini X3 təhqir etdiyini bildirmişdir. Yevlax Rayon Polis X8 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X9 01 iyun 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X6 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 21 may 2021-ci il tarixdə saat 21:55-də X18 həyat yoldaşı X1 işlədiyi Yevlax Şəhər Mərkəzi X11 Şöbəsində çəkdiyi videonu Tiktok sosial şəbəkəsində paylaşdığını bilib Taleh Nəbiyevə zəng etmişdir. Taleh Nəbiyev telefonda ona nalayiq ifadələr işlətdiyinə görə 22 may 2021-ci il tarixdə səhər saatlarında xəstəxananın qarşısında görüşdükdə aralarında yaranmış mübahisə zamanı Taleh Nəbiyevlə dalaşmış, lakin ona bıçaqla xəsarət yetirməmişdir. X20 barışmış, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X18 izah etdi ki, 21 may 2021-ci il tarixdə saat 21:04-də Yevlax Şəhər Mərkəzi X11 Şöbəsinə zəng vuraraq həyat yoldaşı Nazəngül Nəbiyevanın səhhətinin yaxşı olmadığı bildirərək təcili yardım çağırmış, birinci zəngindən sonra 16 dəfə təcili yardım şöbəsinə zəng vurmağına baxmayaraq yaşadığı ünvana təcili yardım xidməti gəlməmişdir. Bundan sonra saat 21:55-də təcili yardım şöbəsinə getmiş, özünə məxsus olan mobil telefonu götürüb video çəkməyə başlamışdır. Videonu çəkməkdə məqsədi xəstəxananın 3 ədəd təcili yardım avtomobilinin olmasına baxmayaraq ünvanına təcili yardımın gəlmədiyini göstərmək və xəstəxananın əməkdaşı Vüsalə Allahverdiyevanın ona qarşı nalayiq ifadələr işlətdiyini sübuta yetirmək olmuş, videonu çəkdikdən sonra onu Tiktok sosial şəbəkəsində paylaşmış, lakin videoda yalnız Vüsalə Allahverdiyevanın deyil bütün təcili yardım şöbəsinin fəaliyyətini göstərmək olmuşdur. 22 may 2021-ci il tarixdə səhər saat 07:08-də ***-***-**-** saylı mobil nömrədən Fərhad Mikayılov ona zəng edərək onu Yevlax şəhərində yerləşən El Tv-nin qarşısına dəvət etmiş, telefonda danışan zaman ona qarşı nalayiq ifadələr işlətmiş, lakin Fərhad Mikayılov həmin yerə gəlmədiyindən onu tapmaq üçün xəstəxanaya getmişdir. X2 yaxınlaşaraq Fərhad Mikayılovun harada olduğunu soruşduqda Vüsalə Allahverdiyeva da ona qarşı nalayiq ifadələr işlətmişdir. Xəstəxananın qarşısında Fərhad Mikayılovla qarşılaşmış, aralarında yaranmış mübahisə zamanı Fərhad Mikayılov onun sağ qolundan möhkəm tutub sıxmışdır. Fərhad Mikayılovun qardaşı Rac Mikayılov onun üzərinə mətbəx bıçağı çıxartdığını görüb özü də üstündə olan bıçağı da çıxarmış, lakin ona heç bir xəsarət yetirməmişdir. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X9 təhqiqatçısı, polis baş leytenantı X15 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X9 təhqiqatçısı, polis baş leytenantı X15 01 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu zərər çəkmiş şəxs X18 ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-543/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-543/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver