Məhkəmə qərarları › İş №3(039)-545/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-545/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-545/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində Yevlax şəhəri Nizami prospekti, ev 12/3 də yaşayan X3 döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X6 izah etdi ki, Yevlax şəhəri Nizami prospekti, ev 12/3 də yaşayan X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin 102 xidmətinə müraciət edərək Şəxs onu döyməsi barədə məlumat vermişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxx 2020 ci il tarixdə saat 18.00 radələrində həyətdə işləyərkən evin həyətinə X5, oğlu İsa və yaxın qohumlarının həyətə girdiyini görmüş və aralarında mübahisə yarandığını bildirmişdir. Dərhal oğluna Təzəgülü aparmasını tələb etmiş, baltanı alıb işinə davam etmək istəyərkən Təzəgül onu vurmaq istədiyini zənn etmiş və səs küy salaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib onun barəsində şikayət etmişdir. Hazırda əməlindən peşmandır və qızı Musayeva Təzəgül ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Şəxs ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində kürəkəni İsa, nəvəsi Təzəgül və qızı Mehriban ilə Nemətabad kəndinə getdiklərini bildirmişdir. Həyətə daxil olan kimi Şəxs onu təhqir edib evi tərk etmələrini tələb edərək, ona nalayiq ifadələr işlətmişdir. Münaqişə zamanı Möysümün əlində olan çaydanla onun üzərinə gələrək, çaydanı sağ qolundan vurub ona xəsarət yetirdiyini, və İsanın onu Möysümün əlindən zorla aldığını və aralaşdırdığını, onun Möysümün əlindən zorla çıxıb evi tərk etməsini bildirdi. Möysümün onu döydüyü üçün xx xxxx 2020-ci il tarixdə 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxslə ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxx 2020ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Novruz Mustafayev barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X4 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X5 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxxxx 1970-ci ildə Yevlax rayonu, Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləyən, Yevlax rayonu, Nemətabad kəndində yaşayan Şəxs oğu xx xxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəapellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar