Məhkəmə qərarları › İş №3(039)-546/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-546/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-546/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X1 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.Kərimov küçəsi ev 126-da yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 18 may 2021-ci il tarixdə Yevlax şəhəri F.Kərimov küçəsi ev 126-da yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, Yevlax şəhəri Zərdabi küçəsi ev 74-də yaşayan Zərərçəkmiş şəxs 18 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi sisteminə zəng edərək 18 may 2021-ci il tarixdə həyat yoldaşı Şəxs onu döyməsi barədə məlumat vermişdir. Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 28 may 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 18 may 2021-ci il tarixdə saat 13 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmaq məqsədi ilə onun yaşadığı ünvan 1 ünvanın getmiş, aralarında mübahisə olsada o, Zərərçəkmiş şəxs döyməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, həyat yoldaşı Şəxs içki düşgünü olduğuna və onunla mübahisə etdiyinə görə bir ildən çoxdur ki, yaşadığı evi tərk edərək anasının kirayədə qaldığı evdə yaşayır. 18 may 2021-ci il tarixdə saat 13 radələrində kirayədə yaşadığı evdə olarkən Şəxs həmin ünvana gələrək heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş, sonradan əlləri ilə onu vuraraq döymüşdür. Bundan sonra o, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi sisteminə zəng etmişdir. Hazırda Şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X4 baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 may 2021-ci il tarixli qərarı, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş MN ******* №-li, 08 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 may 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar