Məhkəmə qərarları › İş №3(039)-547/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-547/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-547/2020 18.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Yevlax rayonu, Gülövşə kəndi, Xalxxx-Göybulaq-Zaqatala yolunun sol tərəfində yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.2cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon prokurorluğunxxx daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarda göstərilmişdir ki, X2 və X3 Şəxs MMC-dən əmək haqlarını ala bilməmələri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişlər. Həmin müraciət baxılması üçün Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə göndərilmişdir. Şikayəti araşdırarkən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələrini müəyyən edən 12-ci maddəsinin tələblərinin icrasını təmin təmin etmək məqqsədilə şikayətçiyə dair lazımı olan sənədlərin təqdim olunması üçün Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktublar göndərilmiş, lakin işə götürən tərəfindən qeyd olanan Qanunun 7.9-cu maddəsinin tələbləri pozularaq sorğuya cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-yə və səlahiyyətli orqana məlumat verilsə də, nümayəndələrinin məhkəmə prosesində iştiraklarını təmin etməmişlər etməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmaxxx işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarxxx görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası vətəndaşların müraciətləri ilə iş şöbəsinin 22/Ə-4272-060 №-li, xx xxx 2020-ci il tarixli məktubunxxx görünür ki, X2 və X3 tərəfindən Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş məktub baxılması üçün Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə göndərilmişdir; Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin **********3 №-li, xx.xx.2020-ci il tarixli məktubunxxx görünür ki, Şəxs MMC-dənşikayətçiyə dair lazımı olan sənədlərin təqdim olunması bildirilmişdir; Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin **********2 №-li, xx.xx.2020-ci il tarixli məktubunxxx görünür ki, Şəxs MMC-dənşikayətçiyə dair lazımı olan sənədlərin təqdim olunması bildirilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Buna görə də Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə fiziki şəxslər səksən manatxxx yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatxxx beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatxxx min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 374.2cimaddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar