Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-547/2021 10.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi MəmmədƏlifyeva Səriyyə Qoca qızının, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailƏlif, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 100-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs 09 iyul 2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanında yaşayan anası X1 vəziyyətdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X5 09 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət edərək oğlu Şəxs sərxoş vəziyyətdə mütəmadi olaraq və hal-hazırda onun qapısına gələrək münaqişə etməsini bildirmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, anası X5 onun evdə rahat yaşamasına imkan vermir. 09 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evə gələrkən anası Bahar Ağahəsənova onu həyətə buraxmadığı üçün küçədə aralarında mübahisə yaranmış, lakin anasını söyüb təhqir etməmişdir. Səhvini başa düşür, söz verir ki, gələcəkdə anası Bahar Ağahəsənovaya qarşı heç bir qeyri-qanuni hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu Şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə yaşadıqları evə gələrək evdə münaqişə yaradır. 09 iyul 2021-ci il tarixdə saat 12 radələrində oğlu Şəxs sərxoş vəziyyətdə yaşadığı evin həyətinə girmək istədikdə qapını açmadığına görə Şəxs küçədə qonşuların gözü qarşısında onu söyüb təhqir etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri şahid ifadəsi, polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, 10 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 10 iyul 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 10 iyul 2021-ci il tarixdə saat 14:50-dən inzibati qaydada tutulmuşdur. İşdə olan 145 №-li, 9 iyul 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs 09 iyul 2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmƏlifdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirlən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-547/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-547/2021
10.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver