Məhkəmə qərarları › İş №3(039)-548/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-548/2021

10.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-548/2021 10.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10.01.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 71-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində “Opel Astra” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili Xaldan-Zaqatala-Gürtüstan sərhəddi avtomobil yolunun 12-ci km-də idarə edərkən avtomobili təkərləri nasaz vəziyyətdə idarə etdiyi üçün saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi olmadan və il ərzində təkrar sərxoş halda nəqliyyat vasitəsini idarə edir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı Bəhruz Xəlilov məruzə edərək bildirmişdir ki, Şəxs 10 iyul 2021-ci il tarixdə saat 10:27-də “Opel Astra” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili Xaldan- Zaqatala-Güstüstan sərhəddi avtomobil yolunun 12-ci km-də idarə edərkən avtomobilin təkərləri nasaz vəziyyətdə idarə etdiyi üçün saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi olmadan və il ərzində təkrar sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmiş və 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 10 iyul 2021-ci il tarixdə evdə yeyib içdikdən sonra özünə məxsus avtomobillə Mingəçevir şəhərindən Şəki şəhərinə gedərkən Yevlax rayonu Xanabad kəndində yol patrul xidməti inspektoru onu saxlamış, sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunaraq onun barəsində protokol tərtib edilmişdir. Ailəlidir, himayəsində 4 azyaşlı uşağı var, işsizdir, əməlindən peşmandır. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* №-li, 10 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 329 №-li, 10 iyul 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 10 iyul 2021-ci il tarixdə saat 10:00-da yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci taqımının 10 iyul 2021-ci il tarixli sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, Şəxs İXP ******* №-li protokola əsasən 04 iyun 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 iyul 2021-ci il tarixdən saat 10:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar