Məhkəmə qərarları › İş №3(039)-548/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-548/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-548/2022 19.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Neftkəməri küçəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 may 2022-ci il tarixdə saat 21:30-da Yevlax şəhəri Çənlibel qəsəbəsində sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 18 may 2022-ci il tarixdə saat 21:30 radələrində Yevlax RPŞnin DYPB-nin əməkdaşları Yevlax şəhəri Çənlibel qəsəbəsində sərxoş sürücülərə qarşı reyd zamani bir nəfər şəxsin YPX-nin əməkdaşlarının iş faliyyətinə müdaxilə ederək saxlanılan şəxslərin buraxılmasını tələb etmişdir. YPX-nin əməkdaşlarının həmin vətəndaşa işlərinə müdaxilə etməməsini tələb etsələr də həmin vətəndaş öz hərəkətlərinə davam etdiyi üçün YPX-nin əməkdaşları dəstək üçün rayon polis şöbəsinin PPX-nin əməkdaşlarını çağırmışlar. PPXB-nin əməkdaşları həmin əraziyə gəldikdə bir nəfər vətəndaşın ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söydüyünü görüb həmin vətəndaşa onu yaxınlaşib nizam-intizama dəvət etsələr də, həmin vətəndaş sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətini davam etdirdiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin vətəndaşın Yevlax şəhər sakini Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında, sərxoş olduğu üçün polisin qanuni tələbinə tabe olmamasını, əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X7-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki 18 may 2022-ci tarixdə saat 21:30-da post yoldaşı Arif Mustafayevlə 15 saylı marşurutda xidmətdə olarkən Yevlax RPŞ-nin növbətçi hissəsi radio vasitəsiylə onlara məlumat verdi ki, Yevlax RPŞ-nin DYPB-nin əməkdaşları Yevlax şəhəri Çənlibel qəsəbəsində sərxoş sürücülərə qarşı reyd zamani bir nəfər şəxsin YPX-nin əməkdaşlarının iş faliyyətinə müdaxilə edərək saxlanılan şəxslərin buraxılmasını tələb etmişdir. Bundan sonra onlar həmin əraziyə getmişlər və orada ucadan səs-küy salaraq ünvansız nalayiq söyüşlər söyən şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs sərxoş vəziyyətdə onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdiyi üçün tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 may 2022-ci il tarixdə saat 21:30-da Yevlax şəhəri Çənlibel qəsəbəsində sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 18 may 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 18 may 2021-ci il tarixdə saat 22:00-da tutulmuşdur; 110 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs “yüngül dərəcə” alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar