Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-548/2023 18.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X14 Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X14 şöbəsinin 19 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X14 Təhsil İdarəsinin müdiri X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X14 şöbəsinin rəisi X13 tərəfindən 19 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X14 Təhsil İdarəsinin müdiri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X1 şəhər 21 nömrəli “Bənovşə” körpələr evi- uşaq baxçasında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə müraciət etmişdir. X5 1989-cü ildən Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisası ilə məktəbəqədər təhsil müəssisələrində təriyəci işlədiyini,xx.xx.2023-cü il tarixdən 2010-cu ildən müəyyən edilmiş ixtisas dərəcəsinin 14-cü dərəcədən 10-cu dərəcəyə salındığı, gündəlik iş vaxtı 6 saat olmaqla altıgünlük iş həftəsi ilə işlədiyi və işlədiyi artıq iş saatlarına görə ona əmək haqqının ödənilmədiyi bildirmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X14 Təhsil İdarəsinin müdiri X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X14 Təhsil İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, səlahiyyətli orqan 19 iyul 2023-cü il tarixli MN №1065990 olan İnzibati tənbeh vermə haqqında Qərarı qəbul edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ Təhsil müəssisələrinin pedoqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında “ 24 noyabr 2010- cu il tarixli 215 nömrəli qərarında məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçinin həftəlik iş vaxtı 30 saat müəyyən edilmişdir.Lakin vətəndaş X1 şəhər 21 nömrəli “ Bənövşə “ körpələr evi – uşaq baxçasında əmək hüquqları pozulmamışdır. X2 hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun işləmiş və ödənilməmiş əmək haqqı qalmamışdır.Belə ki X8 1992-ci il tarixdə Bənövşə körpələr evinə tərbiyəci kimi işə qəbul olduğunu,hal-hazırda işlədiyini,xx.xx.2023-cü il tarixədək 6 günlük iş rejimi ilə fəaliyyət göstərdiyini və ona uyğun 584 manat əmək haqqı aldığını,Həcər Hüseynovanın təhsil aldığı ixtisas orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi olduğunu, 20 dekabr 2017-ci il tarixli 18 nömrəli “təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasının” təqdiq edilməsi barədə qərarına uyğun olaraq, 2023-cü ilin may ayından Həcər Hüseynovanın ixtisas tələbləri işlədiyi sahəyə uyğun olmadığından ödəniş cədvəlində dəyişiklik edilərək 14 dərəcədən 10-cu dərəcəyə endirilmiş, 10-cu dərəcəyə uyğun olaraq 497 manat məbləğində əmək haqqı aldığını,qərardan şikayət vermə müddətinin gecikməsinin səbəbini,xx.xx.2023-cü il tarixdə qəbul olunan qərarın poçt vasitəsi ilə onlara sadəcə üst məktubunun gəldiyini,yenidən səlahiyyətli orqana müraciət edərək qərarı istənildiyini, xx.xx.2023-cü il tarixdə qərar onlara gəlib çatdığını, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək UPS-lərin nasaz olması səbəbindən sənəd dövriyyəsinin,eləcə də şikayətin müddətinin gecikməsinə şərait yarandığını,xx.xx.2023-cü il tarixdə qərardan şikayət verildiyini, həmiçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 61 nömrəli qərarına əsasən tərbiyəçi ştatının 6 iş günü həftəlik ştat vahidi 12 saat müəyyən edildiyini bildirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X14 şöbəsinin 19 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X14 Təhsil İdarəsinin müdiri X12 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X14 Təhsil İdarəsinin müdiri X9 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X14 Təhsil İdarəsinin müdiri X9 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X14 şöbəsinin rəisi X13 tərəfindən 19 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X14 şöbəsinin rəisi X13 tərəfindən 19 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından X14 Təhsil İdarəsinin müdiri X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-548/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-548/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver