Məhkəmə qərarları › İş №3(039)-550/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-550/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-550/2021 12.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5, Tələbkar X6nın, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Axundov küçəsi ev 39-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-992/2020 №-li, 22 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 1440 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-992/2020 №-li, 22 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yaşayan Şəxs 18 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat və 23 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat, cəmi 160 manat aliment hər ay tutulub ünvan 3 ünvanında yaşayan X3 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 1440 manat borcunun ödənilməsi tələb edilmiş və o, 12 iyul 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, borclu Şəxs ona 1440 manat məbləğində aliment borcu yaranmışdır. X14 son vaxtlar ödəniş etmir, dəfələrlə vəd verməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. İcra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar X4 1440 manat məbləğində aliment borcu yaranmışdır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Arzu Mustafayevaya tam şəkildə ödəyə bilmir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov tərəfindən tərtib edilmiş MN ******* №-li, 12 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 iyul 2021-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar