Məhkəmə qərarları › İş №3(039)-550/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-550/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-550/2022 20.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmnədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X15 X11 Avtomobil Müfəttişi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 05 may 2022-ci il tarixdə Aran-Mingəçevir yolunun Aran qəsəbəsindən keçən hissəsindən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Mercedes Benz” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis baş leytenantı X7 protokola uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 05 may 2022-ci il tarixdə Aran-Mingəçevir yolunun Aran qəsəbəsindən keçən hissəsindən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Mercedes Benz” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı, avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib sürücülük hüququ olmadan inzibati xətanı törətməsini və spirtli içki qəbul etdiyini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. 20 may 2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 may 2022-ci il tarixdə Aran-Mingəçevir yolunun Aran qəsəbəsindən keçən hissəsindən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. X13 markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X16 Mərkəzi tərəfindən verilmiş 05 may 2022-ci il tarixliŞ 321 və 322 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücü X6 ayıq olduğu, digər sürücü X1 isə yengül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. “Məhkəmə-Tibb Ekspertizası və PA” Birliyinin Yevlax rayon şöbəsinin verilmiş 2022-ci il 17 may tarixli rəyindən görünür ki, məhkəmə-tibb müayinəsi zamanı 2001-ci ildə anadan olmuş Şəxs bədənində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) ilə təsvir və təsdiq edilmədiyi üçün tibbi sənəddə qeyd edilən “döş qəfəsinin əzniyi” klinik diaqnozunu xəsarət kimi qiymətləndirilməsinin mümkünsüzlüyü bildirilmişdir. Avtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyətindən verilmiş 06 may 2022-ci il tarixli 26 nömrəli rəydə X6 idarə etdiyi”Mersedec Benz” markalı ** TS *** dövlət nömrə nişanlı avtomobilinə dəyən ziyan sərbəst satış bazar qiyməti ilə hesablanaraq 3035 (üç min otuz beş) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə. 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanı sərxoş vəziyyətdə vəsürücülük vəsiqəsui olmadan törətməsini (İXM 33.1.7) məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X3 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar