Məhkəmə qərarları › İş №3(039)-552/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-552/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-552/2022 20.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Yevlax Rayon İcra Hakimiyyətinin Qəyyumluq Himayəçilik Komissiyasının nümayəndəsi X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19-05.2004-ci il tarixdə Göyçay rayonu Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Yevlax şəhəri Y.Misirov küçəsi mənzil 57-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 20.05.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 00:05də Yevlax şəhəri Azərbaycan küçəsində yerləşən parkın həyətində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Valideynlərinə məlumat verilməsinə baxmayaraq iştirak etmədiyi üçün qəyyumluq nümayəndəsi dəvət olunmuşdur. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 20.05.2022-ci il tarixdə tarixdə saat 00:05-də Yevlax şəhəri Azərbaycan küçəsində yerləşən parkın həyətində ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozduğu üçün rayon polis şöbəsinin polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, sərxoş olduğu üçün ictimai qaydanı pozmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 20.05.2022-ci il tarixdə saat 00:05-də post yoldaşı polis serjantı X4 ilə birlikdə Yevlax şəhəri Azərbaycan küçəsində yerləşən parkda xidmətdə olarkən iki nəfər vətəndaşın ictimai yerdə uca səslə ünvansız söyüşlər söydüyünü görmüşlər.Həmin vətəndaşlara yaxınlaşaraq onları nizam-intizama dəvət edib ,tərəflərindən polis bölməsinə gətiriblər.Polis bölməsində onların Yevlax şəhər sakinləri Şəxs və X9 olduğu müəyyən olunmuşdur. Sorğu-sual zamanı Şəxs və X9 sərxoş olduqları üçün ictimai qaydanı pozduqlarını bildirmişlər.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 20.05.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 00:05-də Yevlax şəhəri Azərbaycan küçəsində yerləşən parkın həyətində ictimai yerdə ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 112№-li, 20.05.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilir. 63.3-cü maddəsinə əsasən Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.6-cı maddəsinə əsasən On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın X9 tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar