Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-553/2023 22.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Yuxarı Salamabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 22 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yuxarı Salamabab kəndində X5 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yuxarı Salamabab kəndində X5 döymüşdür. . Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə öz şəxsi avtomobili ilə evlərinə gedən zaman Ülfət ilə qardaşının yolun hərəkət hissəsində getdiklərini görüb onlara piyada yolu ilə hərəkət etmələrini xahiş etdiyini,bu zaman Ülfət ona “burada svetafor var ki” dediyini,aralarında mübahisə baş verdiyini,mübahisə zamanı Ülfət Yusifli onun ünvanına nəlayiq ifadələr işlətdiyini,ondan sonra ayrılıb Ülfətin yaşadığı evə getdiyini,Ülfəti tənbehləmək məqsədi ilə atasını çağırdığını,Ülfət və qardaşı oraya çatdıqlarını,bu zaman Ülfət ona yenə atasının yanında ünvanına nəlayiq ifadələr işlətdiyini,qardaşı araya girib onları aralaşdırdığını,Ülfət Yusifli ilə aralarında baş verən mübahisə zamanı Ülfətə heç bir xəsarət yetirmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək xx.xx.2023-cü il tarixdə qardaşı Yusif Sadıqovla evlərinə gedən zaman Şəxs yanlarından maşınla sürətlə keçdiyini,bu zaman arxadan qısqıraraq ona yavaş sürməsini bildirdiyini,Elvin maşını saxlayaraq “səni makaron kimi yeyərəm” ifadəsəni işlətdiyini,bundan sonra Elvin onun iki dəfə yumruqla kürək nahiyəsinə,bir dəfə isə təpiklə sol bud nahiyəsinə zərbə endirdiyini,aralarında mübahisə baş verdiyini,qardaşı onları araladığını,bu zaman Ülfət qaçaraq evlərinə getdiyini,Elvin arxadan gələrək onların evlərinin qapısını təpiklədiyi,ünvanına nəlayiq ifadələr işlətdiyini,ona xəsarət yetirdiyini bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yuxarı Salamabab kəndində X5 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə-X10 X2 12 may 2023-cü il tarixli 245 nömrəli rəyi ilə X3 bədən səthində onun travma almasını göstərən sol qabırğaaltı nahiyyənin,sol budun orta 4/3-nin ön səthinin qançırı məhkəmə - tibbi əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-553/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-553/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver