Məhkəmə qərarları › İş №3(039)-554/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-554/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-554/2023 22.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Nəriman oğlunun, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Bucaq kəndində yaşayan. Şəxs Nəriman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Samir Nəriman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, Yevlax rayonu Yuxarı Bucaq kəndində yaşayan Şəxs Nəriman oğlu 22 avqust 2023-cü il tarixdə saat 10:35-də DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət edərək Şəxs Nəriman oğlunun münaqişə yaratması barədə məlumat vermişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs Nəriman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Nəriman oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, 22 avqust 2023-cü il tarixdə saat 09:30 radələrində Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən yaşadıqları evdə atası X8 ilə aralarında xırda mübahisə olmuşdur. O, atası Nəriman Cəfərovu söyüb təhqir etməmişdir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat 09:30 radələrində Şəxs ilə yaşadıqları evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs yaşadıqları evdə səs-küy salaraq onu söyüb təhqir etmişdir. Bundan sonra o, DİN-nin “102” zəng xidməti mərkəzinə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə polis sahə rəisi, polis mayoru Əmirxan Namazovun çıxışını, şahid ifadəsini və Şəxs Nəriman oğlunun izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X4 Yevlax Rayon Polis Şöbəsinin rəisinə yazdığı 22 avqust 2023-cü il tarixli ərizədən görünür ki, oğlu Şəxs onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyini bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. X8 22 avqust 2023-cü il tarixdə məhkəmə zalında verdiyi ifadəsində isə göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat 09:30 radələrində yaşadıqları evdə oğlu Şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. İnzibati xəta haqqında 22 avqust 2023-cü il tаrixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Nəriman oğlu 22 avqust 2023-cü ildə, saat 09:30-da atası X5 nalayiq söyüşlərlə söyərək təhqir ediyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 22 avqust 2023-cü ildə, saat 09:30-da atası Nəriman Cəfərov ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmiş və bu zaman Şəxs atası Nəriman Cəfərova qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Nəriman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar