Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-555/2021 15.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis mayoru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-26.05.1991-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Xanabad kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, 07 iyul 2021-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində yerləşən yaşadıqları evin həyətində aralarında yaranan mübahisə zamanı anası Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov izah etdi ki, Yevlax rayonu Xanabad kəndində yaşayan Zərərçəkmiş şəxs 15 iyul 2021-ci il tarixdə DİN-nin 102 Xidməti Mərkəzinə müraciət edərək 07 iyul 2021-ci il tarixdə oğlu Şəxs onu döyməsini bildirmişdir. Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 15 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 07 iyul 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs yaşadıqları həyətə armud alan şəxsi çağırmışdır. Bundan sonra anasına əsəbləşərək mübahisə etmişdir, aralarında olan mübahisə zamanı o, anası Zərərçəkmiş şəxs itələmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun oğludur, oğlu Şəxs heç bir yerdə işləmir. 07 iyul 2021-ci il tarixdə o, yaşadığı həyətə armud alan şəxsi çağırmışdır. Sabit bundan əsəbləşərək onunla mübahisə etmişdir. Mübahisə zamanı Sabit Eımiyev onu qəsdlə itələmiş, o da yıxılmışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X5 baş təhqiqatçısı, polis mayoru X6 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X5 baş təhqiqatçısı, polis mayoru X6 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-555/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-555/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver