Məhkəmə qərarları › İş №3(039)-556/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-556/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-556/2020 28.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X3, X1 Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Onun barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X7, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X7 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. İcra məmuru, X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-969/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs uşaqları xx xxxxx 2005-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxx 2020-ci il tarixdən hesablanaraq hər ay hər bir uşaq üçün 150 manat cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan 900 manat borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, Mingəçevir şəhərində evinin satışa qoyduğunu, və həmin mənzil satılandan sonra borcunu tam şəkildə ödəyəcəyini bildirdi. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə ona 900 manat məbləğində borcu vardır. Borclu Şəxs ona olan borcundan 600 manat ödəmiş, qalan borcunu isə 1 ay ərzində ödəyəcəyinə dair aralarında razılığa gəlmişlər. Bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar X6 900 manat məbləğində borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Nigar Nadirzadəyə ödəyə bilməmişdir. Hazırda 900 manat borcunun 600 manatını ödəmiş, qalan borcunu isə 1 ay ərzində tam şəkildə ödəyəcəyini bildirmişdir. Bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, X3, X1 və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar