Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-557/2024 02.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət verərək, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xüsusi mülkiyyətində olan «Chevrolet Cruze» minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. 01 iyun 2024-cü il tarixdə, saat 10:00-11:00 radələrində həmin nəqilyyat vasitəsini Yevlax şəhərində idarə etdiyi zaman Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin əməkdaşı tərəfindən dayandırılmış və YPX-nin əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinin konstruksiyasının digər ünsürləri olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəzyyətdə idarə edilməsinə görə heç bir əsas olmadan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə 400 manat məbləğində cərimə edilmiş və nəqliyyat vasitəsini dayanacağa yerləşdirmişdir. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində yaşadığı kənddə avtomobili idarə edərkən avtomobilini ehtiyatsızlıqdan səkiyə vurmuş və bunun nəticəsində avtomobilin sağ alt ətəyinin rəngi çatlamışdır.Avtomobildə olan nasazlığı görən polis əməkdaşları ona yaxınlaşaraq avtomobili bufersiz sürdüyünə görə iradlarını bildirərək onu Yevlax Rayon Polis şöbəsinə aparmışlar. O, DİN-nin 102 xidmətinə qeyd edilənlərlə bağlı şikayət vermişdir. Barəsində tərtib edilmiş protokolu və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Barəsində inzibati xəta haqqında protkol tərtib edilən zaman və həmin protokol əsasında qərar qəbul edilən zaman onun iştirakı təmin edilməmiş və inzibati tənbeh vermə haqqında qərarın surəti dəfələrlə müraciət etdikdən sonra ona təqdim edilmişdir. Alkotesetrlə müayinə olunan zaman əvvəlcə onda sərxoşluq müəyyən edilməmiş, lakin üçüncü cəhddən sonra ona məlum olmayan səbəbdən sərxoşluğu müəyyən edilmişdir. Halbuki, həmin gün o spirtli içki qəbul etməmişdir. Buna görə yol patrul xidmətinin əməkdşlarından onu həkim müayinəsindən keçirmələrini tələb etmiş, lakin onun bu tələbini də yerinə yetirilməmişdir. Buna görə də, hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 345.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan sərxoşluğun müəyyən edilməsi haqqında alkotestr nəticəsindən görünür ki, müayinə zamanı X3 3.733 promil sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Məhkəmə iclasında X2 vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında X2 barəsində olan inzibati xəta haqqında işlə əlaqədar Yevlx RPŞ-nin DYPBnin YPX-də olan zaman YPX-nin əməkdaşının ona nəqliyyat vasitəsinin 400 manat müqabilində buraxılmasının mümkün olduğunun və o da həmin sözü Pərviz Dadaşova söylədiyini bildirmişdir. İşdə olan Yevlax rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 Yevlax RPŞ-nin DYPBnin YPX-nin inspektorları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər bağlı etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırma nəticəsində şikayətçinin göstərdiyi hallar, həmçinin YPX-nin əməkdaşı tərəfindən ondan pul tələb olunması faktı öz təsdiqini tapmadığından materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyət nəzərdə tutulur. X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protkol tərtib edilən zaman protokolda nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın nədən ibarət olduğu və və həmin nasazlığa görə nəqliyyat vasitəsinin istismarının mümkün olub-olmadığı öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən. nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X5 «Chevrolet Cruze» minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılmışdır. Həmin xüsusatla bağlı məhkəmə iclasında verdiyi izahatında Pərviz Dadaşov həmin protkolun surətinin ona verilmədyini, məhkəmə iclasında təqdim edilmiş həmin protokolda olan imzanın onun tərəfindən icra edilmədiyini göstərmişdir. Bundan başqa, məhkəmə iclasında Pərviz Dadaşovun verdiyi izahatdan müəyyən edilir ki, o alkotestrin nəticəsi ilə razı olmamış, yol patrud xidmətinin əməkdaşlarından tibbi müayinəyə aparılmasını tələb etmiş, lakin onun tələbi yerinə yetirəlməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsindən də müəyyən edildyi kimi nəqliyyat vasitəsini idarə edən şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci madəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar X5 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-ə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X2 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Yevlax RPŞ-nin DYPB-ə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-557/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-557/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver