Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-558/2020 09.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X3 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə edilmişdir. Vəzifəli şəxsin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı qərarına əsasən X2 xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən sürücü tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə edilmişdir. Narazı qalan X2 inzibati xəta haqqında qərardan şikayət verərək, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahat verərək göstərdi ki, Laçın rayonundan məcburi köçkündür və müvəqqəti olaraq Yevlax şəhərində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində özünə məxsus avtomobillə hərəkətdə olarkən işıqforun qadağanedici işarəsidnə dayanmışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra heç bir avtomobilə mane olmadan, yəni gələn avtomobillərə yol verərək, sola dönüb öz hərəkətini davam etdirmişdir. Daha sonra YPX-ni əməkdaşları onu saxladaraq, yol hərəkət qaydalarını pozduğunu bildirərərək onun barəsində protokol tərtib etmişlər. Hər hansı qayda pozuntusu etmədiyindən hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞnin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 şikayətdə göstərilən dəlilləri qəbul etmədi və izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən, Mercedes Benz 190 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolayrıcını keçmə qaydalarının pozulmasına görə həmin avtomobilə saxla işarəsi vermişlər. Sürücünün əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, tərəfindən protokol tərtib edilmiş və protokolun surəti sürücüyə təqdim edilmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə verilmiş şikayətin dəlillərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X3 və X1 izahatlarını, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş YPX-i əməkdaşının xidməti avtomobilindən çəkilmiş video görüntüdən gürünür ki, Mercedes Benz 190 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolayrıcını keçmə qaydalarının pozulmaqla öz hərəkətini davam etdirdiyindən YPX-i əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə edilməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun, həmin Məcəllənin 327.2-ci maddəsi ilə inzibati xəta törətmiş X1 haqqında xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində Mercedes Benz 190 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolayrıcını keçmə qaydalarının pozulmaqla hərəkətini davam etdirdiyindən və bu tədqiq olunmuş video görüntü ilə sübut olunduğundan məhkəməyə ünvanladığı şikayət əsaslı hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. FotoYevlaxllər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüquqi vardır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş protokolun ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.0, 53.0.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş protokoldan X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-558/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-558/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver