Məhkəmə qərarları › İş №3(039)-560/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-560/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-560/2023 06.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00062/23 nömrəli, 23 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasının “VR-PLAST” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 90CO903/10ZX250 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Məhlulda polimerləşmə yolu ilə alınan, qranullar, qırıntılar və ya toz şəklində butadiyen və stirolun blok sopolimeri” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasının “VR-PLAST” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 90CO903/10ZX250 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Məhlulda polimerləşmə yolu ilə alınan, qranullar, qırıntılar və ya toz şəklində butadiyen və stirolun blok sopolimeri” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, qeyd olunan yükə görə qısa idxal bəyannaməsi yazdırmaq üçün xx.xx.2023-cü il tarixdə saat 10:36-da **********3194 nömrəli qısa idxal bəyannaəsi yazılaraq Şəxs MMC-yə məxsus elektron poçta göndərilmiş,MMC tərəfindən dəfələrnən ödəniş etmək istəsələrdə yazılan qısa idxal bəyannaməsi onların MMC-yə aid olmadığı məlum olmuş və bu barədə Asdan İbrahimova məlumat veriliş,onlarda qısa müddət ərzində yeni qısa idxal bəyannaməsi yazılıb elektron poçta göndəriləcəyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə saat 11:27-də **********3255 nömrəli qısa idxal bəyannaməsi yazılaraq Şəxs MMC-yə məxsus elektron poçta göndərilmiş,”Hökümət ödəniş” portalında qısa idxal bəyannaməsinin ödənişi edildiyini və Asdan İbrahimova məlumat verildiyini bildirmiş, ödənişdən qərəzli olaraq boyun qacırmadıqlarını,inzibati xətanı MMC tərəfindən törədilmədiyi,sadəcə qısa idxal bəyannaməsinin nömrəsi səhv verildiyindən inzibati xətanın bu səbəbdən yarandığını bildirmişdi.Protokol əsassız olduğundan hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 00900-00062/23 nömrəli, 23 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasının “VR- PLAST” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 90CO903/10ZX250 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Məhlulda polimerləşmə yolu ilə alınan, qranullar, qırıntılar və ya toz şəklində butadiyen və stirolun blok sopolimeri” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrəinzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 106.0.5-ci maddəsinə əsasən Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılması məsələsini həll edir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu, səlahiyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasına əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada verilməməsinə görə inzibati məsuliyyət yarandığından, hazırkı halda qısa idxal bəyannaməsinin Şəxs MMC-nin tərəfindən mallar gömrük sahəsinə gətirilməzdən əvvəl elektron formada verilməsi, bu barədə Asdan İbrahimova məlumat verilməsi,onlar tərəfindən səhvən 10:36-da sonu 194 nömrəli bəyannamənin nömrəsi verilməsi,pulu ödəmək mümkün olmaması,ödəniş etmək üçün səlahiyyətli orqanın nümayyəndəsi ilə əlaqə saxlanılması,yenidən 11:27-də sonu 255 nömrəli bəyannamə verilməsi,həmin bəyannaməyə ödəniş olunması,inzibati xətanı Şəxs MMC tərəfindən törədiləsi sübuta yetirilmədiyindən, inzibati xətanın törədilməsi istisna olunduğundan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar