Məhkəmə qərarları › İş №3(039)-561/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-561/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-561/2020 28.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Zərərçəkmiş şəxs X5 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X1 iştirakı ilə X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon prokurorluğuna daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş qərarda qeyd olunur ki, Aparılmış araşdırma zamanı Yevlax rayonu 3 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini X3 dələduzluq yolu ilə Azər Qarayevin 250 manat pulunu taladığı yəni özgə əmlakını xırda talama inzibati xətasını törətməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax RPŞ-dən rayon prokurorluğunun TB-nin xx xxxxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, X3 barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüququşünas X4 izah etdi ki, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi mənzil 55-də yaşayan X7 xx xxxx 2020-ci il tarixdə Yevlax şəhər 3 saylı tam orta məktəbin zavxozu İlqar Əliyev məktəbdə gündə 2 saatlıq su çənini doldurmaq üçün iş mövcud olduğunu deyərək ondan 250 manat pul alıb işin düzəlməsini bildirmişdir. İlqar Əliyevin vədinə əməl etmədiyini bildirərək barəsində tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax rayon prokurorluğunda araşdırma aparılmışdır. Rayon prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, X3 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu barədə X3 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izah etdi ki, Qarayev Azəri yaşadığı ərazidə əvvəldən tanıyır. O, təxminən 6 ay bundan əvvəl Azərdən 400 manat pul almış, ancaq hazırki vaxtadək həmin pulun 150 manatını ödəmişdir. 250 manat isə hələdə qalmışdır. Azər pulun qaytarılması ilə bağlı ona bir neçə dəfə müraciət etmiş, o, isə Azərə imkanı olmadığını, pulu olacağı təqdirdə borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Bəhruz Cabbarlının izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar