Məhkəmə qərarları › İş №3(039)-564/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-564/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-564/2020 31.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 45 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:35 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23:25 radələrində Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol patrul xidmətinin inspektorları Çingiz Xəlilov və X9 rayonu, Cırdaxan kənd yolunda xidmətdə olarkən “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlandıqdan sonra sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edildiyindən onun barəsində müvafiq qaydada inzibati xəta haqqında protkol tərtib edilmişdir. Bundan sonra Yol patrul xidmətinin inspektoru Çingiz Xəlilovun istifadəsində olan mobil telefonuna zəng gəlmişdir. Çingiz Xəlilov telefonu açdıqda özünü Pərviz Heydərovun qardaşı Şəxs kimi təqdim edən şəxs inspektoru hədələməyə başlamış və bundan sonra onun ünvanına nalayiq söyüşlərlə söhüb təhqir etmişdir. Bundan sonra inspektor Çingiz Xəlilovun raportu əsasında Şəxs tərəfindən rayon polis şöbəsinə dəvət edilmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs heç bir əsaslı səbəb olmadan rayon polis şöbəsinə gəldikdə şöbənin inzibati binasının qarşısında əsassız olaraq səs-küy salaraq ünvansız küçə söyüşləri söyməyə başlamışdır. O, Şəxs nizam-intizamlı olmağa və səs-küy salmamağa dəvət etsə də Şəxs aqresiv danışmağa başalayaraq onun qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra o, Şəxs saxlayaraq rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə qardaşı Pərviz Heydərovun sərxoş vəziyyətdə yol patrul xidməti inspektorları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunduğu öyrəndikdən sonra o, yüksək dərəcəli şəkər xəstəliyindən əziyyət çəkdiyi səbəbindən əsəbləşərək əvvəllər tanıdığı yol patrul inspektoru Çingiz Xəlilovun telefonuna zəng edərək ona nöqsanını bildirmişdir. Bundan sonra inspektor ona vəzifəsini yerinə yetirdiyini bildirdikdə o, əsəbləşib inspektorun ünvanına söyüşlər söydükdə inspektor telefonunu söndürmüşdür. Bundan sonra o, Yevlax rayon polis şöbəsinə dəvət olunmuşdur. O, etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23:25 radələrində Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol patrul xidmətinin inspektoru X7 rayonu, Cırdaxan kənd yolunda xidmətdə olarkən “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 işıq sistemindən düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlandıqdan sonra sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən edildiyindən onun barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra onun istifadəsində olan mobil telefonuna zəng gəlmişdir. O, telefonu açdıqda özünü Pərviz Heydərovun qardaşı Şəxs kimi təqdim edən şəxs onu hədələməyə başlamış və bundan sonra onun ünvanına nalayiq söyüşlərlə söhüb təhqir etmişdir. Bundan sonra o, vətəndaş barəsində tədbir görülməsi üçün raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 şahid X2 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:35 radələrində Yevlax rayon polis şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, şahidlərin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar