Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-565/2023 25.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 54-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:20-də yaşadığı ünvan 1 ünvanının qarşısında norkotik vasitədən istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Əli Xəlilov bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə müraciət edərək, keçmiş əri Şəxs yaşadığı evdə narkotik vasitə qəbul etməsi, 12 yaşlı oğlu Cahandarın narkotik satmağa cəlb etməsini bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X2 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X3 xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şahvələd Allahverdiyev barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şahvələd Allahverdiyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahvələd Allahverdiyev bildirdirmişdir ki, o, ara-sıra narkotik vasitə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı küçədən tapdığı narkotik vasitə olan “cacos” adlanan vasitəni qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə keçmiş həyat yoldaşı Samirə Tağıyeva onun yaşadğı evə gələrək səs-küy salmışdır. Samirə Tağıyevanın dedikləri şər və böhtandır. Əməlindən peşmandır. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 18:20-dən inzibati qaydada tutulmuşdur. İşdə olan 160 №-li, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:05-də narkotik sərxoşluğu müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X3 baş təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Süleyman Süleymanov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsi: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Vəkil ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-565/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-565/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver